İrəvanda qanqster “razborkası”: Araik Arutyunyanın və Nikol Paşinyanın adı hallanır

 

Ötən gün, noyabrın 11-nə keçən gecə İrəvanda baş vermiş qanlı qarşıdurma və nəticədə erməni eks-deputatın və kriminal avtoritetin güllələndiyi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Erməni KİV-ləri bildirib ki, ilk atəşi güllələnən Nikol Paşinyanın yaxın adamlarından biri olan kriminal avtoritet Artur Kazaryan açıb (“Kanakertsi Tuy” ləqəbli). “Fakt” qəzetinin məlumatına görə, Tui Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın ona hədiyyə etdiyi silahdan atəş açıb.

“Kanakertsi Tuy”

Erməni KİV-lərinin yazdığına görə, noyabrın 11-də axşam Artur Kazaryan (“Kanakertsi Tuy”) öz tərəfdaşları ilə birlikdə, tapança və avtomatlarla silahlanaraq keçmiş deputat Artuş Simonyanın (kriminal aləmdə “Kanakertsi Tuş” kimi tanımır) evinə gediblər. Bu səfərin səbəbi məlum deyil. Evdəki “razborkanın” nəticəsi isə 4 ölü, 4 yaralı olub. Öldürülənlər “Kanakertsi Tuy” və həmin Simonyan özü, habelə Araik Xaçatryan və Artur Boroyan olublar.

Bildirilir ki, Simonyanın oğullarından biri Vladimir Simonyan yaralanıb. İlk atəşi də məhz onun açdığı deyilir. Həmin atəşlə “Kanakertsi Tuy” öldürülüb.

Məlumatlara görə, Arayik Arutyunyanın bağışladığı silahların İrəvanda qanlı döyüşlərdə istifadə edilməsi ilk dəfə deyil.

Bundan əvvəl Ermənistan deputatının qardaşı Xaçatur Sukiasyan da Amiryan küçəsində məişət zəminində yaranmış münaqişədə Arutyunyanın hədiyyə etdiyi silahdan atəş açıb. O zaman itki olmayıb.

Bu dəfə Ermənistanda heç kəsi münaqişənin səbəbi maraqlandırmır. Erməni mətbuatını Arayik Arutyunyan hansı xidmətlərinə görə kriminal avtoritetə silah hədiyyə edib və respublikanın baş nazirini kriminal dairələrlə nə bağlayır sualları maraqlandırır.

Güman edilir ki, 2021-ci ilin iyununda keçirilən növbədənkənar seçkilər zamanı Nikol Paşinyanın baş nazir postuna seçilməsində əsas rollardan birini elə Artur Kazaryan oynayıb./virtualaz.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password