Bu, Türk Birliyinin təməl daşı olacaq

 

Türk Dövlətləri Birliyinin əsas dayaqlarından biri iqtisadi münasibətlərin güclənməsidir.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli Türk Dövlətləri Birliyinin yaradılması ilə bağlı danışarkən deyib.

“İqtisadi inteqrasiya türk dövlətləri arasında daha sürətlə gedə bilər. Bilirsiniz ki, bu il Azərbaycan və Türkiyə iqtisadi və logistika sahəsində yeni 15 saziş imzalayıb. Güman edirəm ki, türk dövlətləri öz aralarında bu tipli müqavilələr imzalayacaqlar və baxımdan iqtisadi münasibətlərin gücləndirilməsi gözlənilən faktordur”.

Ekspert bildirib ki, burada bəzi problemlər də var:

“Bəzi türk dövlətləri, məsələn, Qazaxıstan və Qırğızıstan Rusiyanın başçılığı altında olan Gömrük İttifaqına da daxildirlər və burda müəyyən problemlərin olma ehtimalı var. Çünki Gömrük İttifaqına daxil olan ölkələrin ümumi bazar prinsipləri mövcuddur. Əgər, məsələn, Qazaxıstan türk dövlətləri ilə ümumi bazarların açılması sazişinə imza atsa, o zaman Qazaxıstan ərazisindən Rusiyaya və ya Belarusa məhsulların gömrük rüsumu olmadan çatdırılması problemi yaşana bilər. Düşünürəm ki, rəsmi Moskva bu prosesləri diqqətlə izləyəcək. Lakin hər bir halda yeni format həm də iqtisadiyyat üzərində ayaqda qalacaq, çünki qarşılıqlı iqtisadi maraqların olması istənilən birliyin təməl daşıdır”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password