Rusiya Türkiyə ilə anlaşmanı pozdu – Bölgə bombardman olundu

 

Rusiya ordusuna məxsus “Su-34” tipli döyüş təyyarələri Suriyanın İdlib şəhəri yaxınlığındakı toyuq fermasına üç hava zərbəsi endirib.

Bu barədə suriyalı müxaliflər məlumat yayıblar.

İlk təsbitlərə görə hücumda 3-ü uşaq olmaqla 5 mülki vətəndaş həyatını itirib. Xəsarət alan 4 mülki vətəndaşın hamısı xəstəxanaya aparılıb.

Məlumata görə, Rusiyaya məxsus döyüş təyyarələri gün ərzində İdlibin şimalındakı Maratmisrin qəsəbəsində qaçqın düşərgələrinin cəmləşdiyi bölgəyə də hava zərbələri endirib.

Suriyanın şimal-qərbindəki İdlib əyaləti vətəndaş müharibəsi başlayandan bəri müxalifətin “son qalası” kimi tanınır. İdlibin mərkəzi 2015-ci ilin martında silahlı müxaliflərin nəzarətinə keçib. İdlib Əsəd rejimi və onun müttəfiqi rus ordusunun ən çox hədəf aldığı bölgələrdən biridir.

Türkiyə, Rusiya və İran 4-5 may 2017-ci il tarixlərində keçirilən Astana görüşündə İdlib və ətrafını “təhlükəsiz bölgə” elan ediblər. Rejim qüvvələrinin atəşkəsi tez-tez pozmasından sonra Türkiyə və Rusiya arasında əlavə razılaşma əldə olunub.

Rejim və rus qüvvələr bu razılaşmaya baxmayaraq, hücumları davam etdirir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password