Lavrovdan kürdlərə xəbərdarlıq – “Bu, təhlükəli oyundur”

 

“Kürdlər özlərini Suriya cəmiyyətinin bir hissəsi kimi görməlidirlər”.

Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov vatikanlı həmkarı Pol Riçard Qallaxerlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Jurnalist Lavrova belə bir sual ünvanlayıb: “Suriya kürdlərinin nümayəndələri ilə görüşürsünüz. Problemlərin həlli istiqamətində işlər necə gedir? Rusiya bu ölkənin gələcəyi ilə bağlı nə təklif edə bilər?”.

Rusiyanın baş diplomatı suala belə cavab verib: “Kürdlərə Suriyanın şərqində separatçı əhval-ruhiyyə bəsləyən amerikalı həmkarlarımızın onlarla münasibətlərində istifadə etdikləri taktikaya uymamağı tövsiyə edirəm. Amerikalılar onların başını qatır”.

Lavrov bildirib ki, Rusiya kürdlərin qanuni hüquqlarının tam nəzərə alınmasının təmin edilməsi kontekstində Suriyada Konstitusiya Komissiyasının yeni siyasi çərçivə yaratmaq səylərinə kömək etməyə hazırdır:

“Biz İraq və İordaniyadan olan müşahidəçilər də daxil olmaqla, bu yanaşmaları bacardığımız qədər dəstəkləmək üçün Rusiya-Türkiyə-İran və Astana formatından istifadə edirik”.

Rusiyalı nazir deyib ki, amerikalıların məqsədi Suriyanın ərazi bütövlüyünə qarşıdır:

“Kürd məsələsi təkcə Suriyaya yox, bütün regiona təsir edə biləcək təhlükəli oyundur. Kürdlər özlərini Suriya cəmiyyətinin bir hissəsi kimi görməlidirlər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password