Yenə Muradov, yenə dəhlizdə TƏXRİBAT… – “Sülhməramlı Rusiya” bu dəfə nəyə nail olmağa çalışır?

 

Neçə gündür ki, 44 günlük müharibədəki möhtəşəm zəfərimizin bir ilini qeyd edirik – Xalq, Ordu, Dövlət olaraq layiq olduğumuz zəfərin.

Lakin unutmayaq ki, bu tarix həm də rus qoşununun sülhməramlı adı altında Qarabağa ayaq basdığı gündür. Biz, Bakıda, digər şəhərlərimizdə, eləcə də Şuşada Zəfər bayramımızı atəşfəşanlıqla, böyük coşquyla qeyd edərkən, sanki Rusiyanın imperiya kabusu da Qarabağın nəzarətimizdə olmayan hissəsində altdan-altdan qımışaraq, çoxdan arzusunda olduğu torpaqlara soxulmasının ildönümünü qeyd edir – çox səs-küy salmadan, bic-bic, asta-asta, səbrlə…

Bu arada Qarabağdakı rus hərbi birləşməsinin ilk komandanı və gəldiyi gündən erməni təəssübkeşliyini gizlətməyən, erməni hərbi canilərilə öpüşüb, qucaqlaşan general Rüstəm Muradov da Qarabağa gəlir. Özü də yenə Azərbaycan yox, Ermənistan üzərindən. Ümumiyyətlə, rus hərbçiləri və digər rəsmi şəxslərinin Qarabağa gəliş-gedişinin Ermənistan vasitəsilə baş tutmasının arxasında hansı mesajların durduğunu anlamaq çətin deyil. Necə ki, sülhməramlı adı altında ermənilərin qulluğunda duran, onların az qala alt bezini belə dəyişən rus əsgər və zabitinin davranışlarının nəyə xidmət etdiyini anlamaq üçün də xüsusi istedada ehtiyac yoxdur. Onların ilk komandanı və “mənəvi atası” olan Muradovun məhz bu ərəfədə Qarbağa gəlməsi isə vahid siyasi xəttin və ssenarinin növbəti həlqəsidir. Muradov noyabrın 10-da rus sülhməramlı qüvvələrinin separatçılarla birgə Xankəndində planlaşdırdığı təntənəli tədbirdə iştirak edəcək və özü ilə gətirdiyi 200-dək medalla onları təltif edəcək. Bunun adı, sadəcə, rus hərbçilərini mükafatlandırmaq deyil, həm də Şuşadakı atəşfəşanlığı Xankəndidən içi yana-yana izləyən, əzilmiş, ləyaqətini çoxdan itirmiş, miskin separatçı ermənilərə ürək-dirək vermək, həvəsləndirməkdir. Ona görə də rus hərbi birləşmələrinin Xankəndində, xüsusilə separatçılarla birgə keçirdiyi istənilən tədbirə adekvat qiymət verilməli, bunun sülhyaratma missiyası ilə qətiyyən bir araya sığmadığı Moskvanın nəzərinə çatdırılmalıdır, eynilə də “sülhməramlılar”ın digər fəaliyyətləri – məsələn, erməni məktəblilərinə hərbi biliklərin verilməsi, rus dilinin öyrədilməsinə və s. Çünki bunlar sülhməramlı yox, işğalçı davranışlarıdır. Məlum məsələdir ki, bu gün ermənilərə rus dilini və hərbi bilikləri “yedirdənlər” sabah da Rusiya vətəndaşlığını təklif edə bilərlər – Osetiyada, Abxaziyada, Donbasda, Dnestryanıda olduğu kimi…

Ümumiyyətlə, özü yaranışından ədalətli olmayan, öz ölkəsinə, öz xalqına qarşı belə ədalət hissini çoxdan itirmiş, əsrlər boyu Qafqaz siyasəti erməni ibnəliyinə köklənən və hər zaman bu ipiqırıq və zatıqırıq xalqa stavka edən bir imperiya xislətli dövlət regionda ədalətli sülhü bərqərar edərmi? Və biz də buna inanacaq qədər sadəlövh olmalıyıqmı?…

Elə hazırda da Moskvanın oynadığı oyun göz qabağındadır. Məsələn, Paşinyan son günlər Zəngəzur dəhlizi və sərhədlərin müəyyənlənləşməsilə bağlı müzakirələrdən daha açıq şəkildə qaçır. Hansı ki, 5-10 gün əvvəl bu məsələlərlə bağlı nisbətən konstruktiv danışırdı. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov 2 gün öncə açıqlama verib ki, bu həftə 3 ölkənin lideri videokonfrans formatında müzakirə aparacaq. Bir gün sonra isə Paşinyan dedi ki, heç bir görüş gözlənilmir. Bunlar təsadüfidirmi və doğrudanmı Paşinyan Moskvaya “kəllə atacaq” qədər cəsarətli, Kreml isə Paşinyanın nazı ilə oynamaq məcburiyyətindədir? Heç cür inandırıcı gəlmir. Xüsusilə də son 30 ilin tarixi və Minsk Qrupu çərçivəsindəki mənasız fəaliyyətlər, süründürməçiliklər güman etməyə əsas verir ki, bütün bu oyunlar, sapmalar, tez-tez baş verən mövqe dəyişiklikləri Moskva ilə razılaşdırılır…

Niyabrın 8-də isə Ermənistanın müdafiə naziri Arşak Karapetyan Qarabağa səfər edib və onun nazirliyi də hələ çəkinmədən bunu rəsmən bəyan edib. Sonuncu dəfə 10 ay əvvəl Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyan Qarabağa gəlmişdi və Azərbaycan tərəfi buna qəti etirazını bildirmişdi. Ondan sonra demək olar ki, Paşinyan hökuməti hansısa yüksək rütbəli nümayəndəsini sözügedən ərazilərə göndərməyə cəsarət etmirdi. Ancaq deyəsən, yenə məlum dairələrin, havadarların, daha konkret desək, Laçın dəhlizinə nəzarət edən Moskvanın razılığı və bəlkə də istəyi, tələbi ilə belə bir səfər gerçəkləşdirilir və elan olunur. Bunun Laçın dəhlizinə nəzarət məsələsini aktuallaşdıran açıq təxribat və növbəti dəfə Azərbaycanın reaksiyasını, qətiyyətini yoxlamaq cəhdi olduğu şübhə doğurmur. Özü də bu səfərin demək olar ki, Muradovun səfərilə eyni vaxtda, Zəfər Bayramı dönəmində gerçəkləşməsi simvolik təsir bağışlayır. Sual yaranır – niyə məhz indi, erməni nazirin Qarabağda nə vacib işi varmış və orada hansı iti azıbmış?…

Bu dəfə də Azərbaycan tərəfi kəskin bəyanatla erməni hökumətinə və nazirinə xəbərdarlıq edib: “Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edirik ki, Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycanın qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir”.

Bəli, bu, birbaşa xəbərdarlıqdır və təkcə ermənilərə yox, öz vəzifəsini, üzərinə götürdüyü missiyanı kefi istədiyi kimi, öz maraqlarına uyğun şəkildə həyata keçirən “sülhməramlılar”a da siqnal sayılmalıdır.Əgər nəticə çıxarılmazsa, sözdən əmələ keçmək, çəkinmədən Laçın dəhlizinə düşmək və Müdafiə Nazirliyinin bəyanatında da deyildiyi kimi, belə səfərlərə cəsarət edənləri cəzalandırmaq lazımdır. Çünki bunlar nə başqa çıxış yolu qoyur, nə də yumruqdan başqa dil qanırlar…/azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password