Polis Tiflisdə aksiyalara müdaxilə etdi: 46 nəfər saxlanıldı

 

Tiflisdə keçmiş prezident Mixail Saakaşviliyə dəstək aksiyasında 46 nəfər saxlanılıb.

Bu barədə Gürcüstan mediası ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

“Etirazçıların “Sərbəst toplaşmaq və ifadə azadlığı haqqında” qanundan kənara çıxması, həmçinin inzibati binaların girişlərini bağlamaq cəhdləri zamanı polis 46 nəfəri saxlayıb”, – məlumatda qeyd olunub.

Nazirlik etirazçıları və siyasi liderləri Gürcüstan Konstitusiyasına əməl etməyə, hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyətinə hörmətlə yanaşmağa və qanundan kənara çıxmamağa, polisin qanuni tələblərinə tabe olmağa və ictimai asayişi qorumağa çağırıb.

Qeyd edək ki, bu gün səhərdən etibarən Mixail Saakaşvilinin tərəfdarları Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyinin binası qarşısında etiraz aksiyaları keçirirlər. Etirazçılar Mixail Saakaşvilinin azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password