Nazir: “Bu il 500 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib”
“Cari ilin 10 ayında təqribən 500 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli
Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
“Xərclərin optimallaşdırılması və əsassız pensiya işlərinin ləğvi üzrə aparılan işlər nəticəsində 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 246 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib”, – nazir vurğulayıb.