De Vaal: Bakı və Moskva böyük sövdələşməyə hazırlaşır
Qarabağdakı Rusiya sülhməramlılarının mandatı 5 il müddətinə yenilənə bilər, amma Azərbaycanın veto hüququ var.
Bunu britaniyalı ekspert Tomas de Vaal “Kommersant”a müsahibəsində deyib.
“Qarabağ erməniləri mümkün olan ən yüksək statusla evdə qalmaq üçün əllərindən gələni edəcəklər. Azərbaycan ermənilərə və Rusiya sülhməramlılarına maksimum təzyiq göstərəcək. Bu məsələyə ciddi yanaşılmasa, 2025-ci ilə qədər sabitliyin pozulmasını proqnozlaşdıra bilərəm”, – de Vaal bildirib.
Onun sözlərinə görə, Rusiya sülhməramlı missiyalarına başladığı yerlərdə uzun müddət qalır:
“Əgər onlar Qarabağ ermənilərini müdafiəsiz qoysaydılar, bu, Rusiya tərəfindən siyasi uğursuzluq olardı. Fikrimcə, Moskvada buna ciddi yanaşırlar. Amma məsələ odur ki, Moskva ilə Bakı arasında böyük sövdələşmə olacaq, bu bazarlıq təkcə Qarabağ ətrafında aparılmayacaq. O, başqa, tamamilə fərqli məsələlərə toxuna bilər”.