Polad əminliklə deyirdi ki, biz ora qayıdacağıq – Qusman

 

Böyük bəstəkar, müğənni və artist Polad Bülbüloğlu mənim dostumdur. O, uşaqlıqdan doğma Şuşa şəhərini xatırlayır, ora üçün darıxır və narahat olurdu. Polad hər zaman mənə əminliklə deyirdi ki, biz ora qayıdacağıq.

Bunu SSRİ və Rusiyanın teatr və kino rejissoru, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Yuli Qusman açıqlamasında deyib.

O, dostunun hisslərini duyduğunu, amma vaxtilə Qarabağla bağlı vəziyyətin mürəkkəbliyini anladığı üçün həmin dövrdə P.Bülbüloğlunun ruh yüksəkliyini bölüşmədiyini deyib: “Azad edilmiş Şuşaya ilk səfər edən şəxslərdən biri olan Polad ata evinin qarşısında oxudu. O, xoşbəxt idi və bu xoşbəxtliyi hər kəsə ötürürdü”.

Y.Qusmanın fikrincə, qələbə məhz bu cür ayrı-ayrı və sevincli hadisələrdən, habelə öz evlərinə qayıtmaq imkanına malik şəxslərin sevincindən ibarətdir: “Azərbaycanı Vətən müharibəsində qazanılmış böyük Zəfər münasibətilə təbrik edirəm. Bayramınız mübarək!”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password