ABŞ səfirliyi üçtərəfli bəyanatın il dönümü ilə bağlı açıqlama yayıb

 

ABŞ-ın Azərbaycandakı səfirliyi 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyənatın birinci il dönümü ilə bağlı açıqlama yayıb.

Açıqlamanın mətnini təqdim edirik:

“Bu həftə ABŞ və beynəlxalq ictimaiyyət, Cənubi Qafqazda Ermənistan və Azərbaycan qüvvələri arasında 44 gün davam edən gərgin döyüşlərə son qoyan atəşkəs bəyanatının il dönümünü tanıyır. Ötən il hərbi əməliyyatlar zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz hal-hazırda bütün saxlanılan şəxslərin qaytarılmasına, itkin düşmüş şəxslərlə bağlı tam hesabatlılığa, məcburi köçkünlərin öz evlərinə könüllü qayıtmasına, münaqişədən zərər çəkmiş ərazilərin minalardan hərtərəfli təmizlənməsinə və beynəlxalq humanitar təşkilatların ehtiyacı olanlarla əlaqə saxlamaq üçün şərait yaradılmasına çağırırıq. Biz, həmçinin, iddia edilən insan hüquqlarının və beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılmasına çağırırıq.

Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri bürosu müavininin köməkçisi Erika Olson hazırda hər üç ölkə ilə ikitərəfli məsələləri müzakirə etmək və regional əməkdaşlıq imkanlarını araşdırmaq üçün regiondadır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password