Əliyev ciddi şəkildə hazırlaşdı və bacardı – Korıbko

 

Azərbaycan BMT Təhlükəsizlik Şurasının bir neçə onilliklər əvvəl Ermənistanın işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən və beynəlxalq ictimaiyyətin indiyədək siyasi səbəblərdən yerinə yetirə bilmədiyi dörd qətnaməsini yerinə yetirdi.

Bu sözləri amerikalı mütəxəssis Endryu Korıbko Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin bir ilinin tamam olması haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu uğurunun əsas səbəbkarı Prezident İlham Əliyevdir:

“Bütün uğurlar Prezident Əliyevin uzun illər ərzində Qarabağın işğaldan azad edilməsinə ciddi şəkildə hazırlaşması, uzaqgörən rəhbərliyi nəticəsində mümkün olub ki, bu da Silahlı Qüvvələr tərəfindən məharətlə həyata keçirildi və son nəticədə Azərbaycanın yüksələn dövlət statusu hamı tərəfindən hörmətə layiq olduğunu təsdiqlədi”.

Analitikin sözlərinə görə, Azərbaycan beynəlxalq ictimaiyyəti onilliklər ərzində qeyri-qanuni işğal zamanı orada baş verənlərin hamısını öz gözləri ilə görməyə dəvət etdikdən sonra çox şey dəyişdi:

“Azərbaycan tərəfi işğaldan azad edilmiş Qarabağda erməni cinayətlərini sənədləşdirmək üçün bir an belə itirmədi, bu da erməni lobbisinin təbliğatını güclü şəkildə gözdən saldı. Azərbaycanın müharibədən sonrakı prioritetlərindən biri də işğaldan azad edilmiş Qarabağı bərpa etmək oldu ki, müharibə zamanı da rəsmi Bakıya öz dəstəyini nümayiş etdirən Türkiyə və Pakistan bu prosesdə yaxından iştiraka dəvət olundu. Prezident Əliyev müharibə başa çatdıqdan sonra altı ölkəni əhatə edən regional əməkdaşlıq platformasını təklif etdi. Bu platforma üç dövlət və regionun ən böyük üç xarici gücü arasında əməkdaşlığı inkişaf etdirməklə Cənubi Qafqazda strateji vəziyyətə dəyişiklik etmək məqsədi daşıyır”.

Amerikalı ekspert bu müharibənin Cənubi Qafqazın geosiyasətini dəyişdirdiyini düşünür:

“Bu qısa icmaldan göründüyü kimi, Azərbaycanın ötən il Vətən müharibəsində qazandığı qələbə regional geostrateji vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirdi. Ümid edirik ki, erməni rəhbərliyi qarşılıqlı faydaları dərk edərək öz mövqeyini ən qısa zamanda müəyyən edəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password