Slutski: ABŞ Qara dənizdə qüvvə yerləşdirərsə…

 

Amerikalı konqresmenlərin Ukraynanı müdafiə etmək üçün Qara dənizdə hərbi qüvvə yerləşdirmək çağırışı təxribat xarakterlidir və mənasızdır, Rusiya sərhədləri yaxınlığında təxribatlar sərt şəkildə yatırılır.

Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Leonid Slutski deyib.

“Amerika hərbi gəmilərinin Qara dənizə yerləşdirilməsi ümumi gərginliyi daha da artıracaq. Nəhayət, başa düşməyin vaxtıdır ki, Rusiya sərhədləri yaxınlığında istənilən təxribat ciddi şəkildə yatırılır və akvatoriya diqqət mərkəzindədir”, – deyə Slutski bildirib.

Qeyd edək ki, iki amerikalı konqresmen – Mayk Rocers və Mayk Törner Ukraynanı qorumaq üçün Prezident Co Baydeni Qara dənizdə ABŞ hərbi qüvvələrini yerləşdirməyə çağırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password