Əsas məsələ günəş enerjisindən istifadədir – Nobel mükafatçısı
İqlim dəyişmələrinin bu günün problemidir. Problemin qarşısını almaq üçün imkan və vəsaitimiz varmı? Biz insanlarla ünsiyyətdə olmalıyıq.
Bunu Nobel sülh mükafatı laureatı Ouided Bouchamaoui “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu”nda deyib.
O bildirib ki, iqlim dəyişmələri ilə bağlı məsələlər ibtidai sinifdən tədris olunmalı, universitet pilləsinədək tədrisi davam etməlidir: “Hər kəs iqlim dəyişmələri ilə bağlı narahatlığını bildirməlidir. Biz fərqli problemlərlə üz-üzəyik. Yoxsulluq, iqtisadi, sosial problemlər meydana çıxır. Bu məsələlərin çox vacib olduğunu dərk etməliyik.
Problemin həlli bizdədir və problemi addım-addım izah etməliyik. Bizim nəyimiz var, nəyi planlaya bilərik? Hesab edirəm ki, ilk olaraq sudan başlamalıyaq. Suyun səmərəli istifadəsi, daha da çox qorunub saxlanılması barədə düşünməliyik. Burada sadə, amma asan başa gələn həllini tətbiq etməliyik”.
O qeyd edib ki, fərqli yollarla kənd təsərrüfatının inkişaf etdirilməsi lazımdır: “Bunu necə edə bilərik? Bununla bağlı təlimlər keçirə bilərik. Suyun daha qənaətli istifadəsi üçün yollar açmalıyıq.
Qarşımızda çoxlu günəşli günlər var və bundan faydalanmalıyıq. Məsələn, günəş enerjisindən daha çox istifadə edə bilərik. Günəş enerjisindən ev təsərrüfatlarında istifadə üçün asan yolları təşviq etməliyik. Bu forumda inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə yardım göstərə bilərlər”.