Zəngəzur dəhlizinə İrəvan nəzarət edəcək? – Overçuk

 

Azərbaycanla Ermənistan arasında kommunikasiya əlaqələri bərpa olunduqdan sonra tərəflər öz ərazilərindən keçən yollar üzərində suverenliyə sahib olacaqlar.

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi görüşdə bildirib.

O qeyd edib ki, üçtərəfli İşçi Qrupu Paşinyanın Rusiya və Azərbaycan liderləri ilə birlikdə 9-10 noyabr və 11 yanvar bəyanatı çərçivəsində verdiyi mandat üzrə işləyir.

Baş nazirin daha iki müavini ilə daim əlaqə saxladığını deyən Overçuk onların 4-ü təkbətək olmaqla, 8 görüş keçirdiklərini vurğulayıb:

“Hər gün telefon əlaqəsi saxlanılır, bütün tərəflər üçün məqbul olacaq marşrutlar tapmaq üçün müxtəlif variantlar müzakirə edilir.

Bu gün yolların real vəziyyəti haqqında gözəl təsəvvürümüz var. Bu məlumatlara əsasən, biz konkret həllər tapa biləcəyimizi düşünürük”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password