“Zəngəzur dəhlizi layihəsinin hər kəsə sərfəli olduğu göz qabağındadır” – Ekspert
“Zəngəzur dəhlizi layihəsinin regionun Ermənistan da daxil olmaqla bütün ölkələri üçün iqtisadi faydası göz qabağındadır.
Bunu Bilkənd Universiteti Nanotexnologiyalar Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, professor Əmirullah Məmmədov bildirib.
Bununla yanaşı, hazırda Ermənistan cəmiyyətinin sözügedən layihənin ölkə üçün nə qədər faydalı olacağını dərk etmədiyi də qeyd olunub.
“Bu dəhlizlə bağlı hüquqi məqamlar da var. Hazırda müxtəlif ölkələrdə bənzər nümunələr var, lakin orada insanların şüurunda bu qədər ədavət yoxdur. Misal olaraq Rusiya ilə Kalininqrad vilayəti (anklavı) arasında bütün nəqliyyat bağlantlarının Aİ üzvü olan Baltik dövlətlərin ərazisindən keçməsini göstərə bilərik” – deyə azərbaycanlı alim qeyd edib.
İkinci Qarabağ müharibəsindəki qələbəni xatırladan Ə.Məmmədov Ali Baş Komandan, Prezident İlham Əliyevin xüsusi töhfəsini vurğulayıb: “44 günlük müharibə vaxtı Azərbaycan Prezidenti İlham Əliyev özünün çox geniş dünyagörüşünə malik siyasətçi, hərb sənətinə, hərbi texnoloji inkişafa incəliklərinədək bələd olduğunu göstərdi”.