Dünyada ərzaq qiymətləri son 10 ildə rekord həddə çatdı

 

Dünyada ərzaq məhsullarının qiymətləri son 10 ildə rekord səviyyədə bahalaşıb.

Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

Təşkilat oktyabr ayı üzrə Qlobal Ərzaq Qiymətləri İndeksinin aylıq müqayisədə 3 faiz artaraq 133,2 bəndə çatdığını açıqlayıb. Bununla da qiymətlər 2011-ci ilin iyul ayından bəri ən yüksək həddə çatıb. Ən çox bahalaşma bitki yağları və dənli bitkilərdə qeydə alınıb.

Bitki yağlarının qiymət indeksi sentyabra nisbətdə 9,6% və yaxud 16,3 bənd artaraq, 184,8 bəndə çatıb. Artım əsasən palma, soya, günəbaxan və kolza yağlarının bahalaşması hesabına olub.

Dənli bitkilərin qiymət indeksi isə aylıq müqayisədə 3,2% və yaxud 4,3 bənd artmaqla, 137,1 bənd olub. Aktiv qlobal tələb fonunda ixrac təklifinin azalması ilə bağlı ən çox buğda bahalaşıb. Arpanın belə qiyməti artıb.

Süd məhsullarının qiymət indeksi 120,7 bəndə kimi qalxıb. Ən çox yağsız və bütöv quru süd, kərə yağı bahalaşıb.

Hesabat dövründə ət indeksi 0,7% və yaxud 0,8 bənd azalaraq 112,1 bənd olub. Ən çox donuz ətinin kotirovkaları düşüb. Bu, Çinin idxalı azaltması ilə bağlıdır. Mal ətinin qiymətlərinin azalması Braziliyadan tədarük edilən ətin kəskin ucuzlaşması ilə əlaqədardır. Quş ətinin qiymət kotirovkaları əksinə, yüksək qlobal tələbin təsiri ilə artıb. Eyni zamanda yemlərin bahalaşmasından və xüsusilə Avropada quş qripinin olmasından dolayı istehsal həcmləri zəif templə artır.

Ötən ay şəkərin qiymət indeksləri 1,8% və yaxud 2,1 bənd azalaraq 119,1 bəndə düşüb. Ucuzlaşma dünya bazarlarında idxal tələbinin məhdud olması, həmçinin Hindistan və Tailandın ixrac həcmlərini artıracağına dair proqnozlarla bağlıdır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password