9 noyabr görüşü təxirə düşdü? – Politoloq

 

Bu barədə Azərbaycan tərəfindən heç bir rəsmi açıqlama yox idi. Bu məlumatlar daha çox erməni və Rusiya mətbuatında səsləndirilirdi.

Bu sözləri açıqlamasında politoloq Turab Rzayev noyabr ayının 9-da Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün ertələnməsi ilə bağlı xəbərə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, görüşlə bağlı Azərbaycanın şərtləri olması mümkündür:

“Mümkündür ki, Azərbaycan tərəfinin bu danışıqlarda iştirakla bağlı ön şərti olub. Birincisi, sərhədlərin delimitasiya və demarkasiyası, ikincisi Zəngəzur dəhlizinin açılması, üçüncüsü isə qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasıdır. Azərbaycan qalib ölkə kimi ən qısa müddətdə bu məsələlərin həllində, sülh sazişinin imzalanmasında və regionun inkişafında maraqlıdır”.

T.Rzayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev çox praqmatik siyasətçidir:

“İlham Əliyev heç vaxt danışıqlar naminə danışıqlara, görüş naminə görüşlərə getmir və bunu dəfələrlə sübut edib. Hər bir görüş, danışıq nəticəyə səbəb olmalıdır. Buna görə də əgər görüş olacaqsa, demək, nəticəsini də görəcəyik. Görüşün ertələnməsi isə o deməkdir ki, Ermənistan nəticəli danışıqlara hələ hazır deyil”.

Qeyd edək ki, Rusiya mediası diplomatik mənbələrə istinadla üçtərəfli görüşün 9 noyabrda Soçidə olacağı barədə məlumat yaymışdı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password