Misir yeni paytaxta köçür – “Ağıllı şəhər” hər kəsin cibinə uyğun olmayacaq

 

Misir hökuməti artıq növbəti ayda dövlət idarələrinin yeni administrativ paytaxta köçürülməsi prosesinə başlayacaq. Yeni paytaxt Qahirənin şərqində, Nildən 45 km məsafədə yerləşir.

Bu barədə prezidentin mətbuat xidməti xəbər verib. Xəbəri «Əl-Ərəbiyə» telekanalı yayıb.

Misir Ərəb Respublikası hakimiyyəti «ağıllı şəhər» yaratmağı planlaşdırır. Onun sakinləri öz gündəlik həyat fəaliyyətində müxtəlif smart- kartlardan və əlavələrdən istifadə edəcəklər.

Yeni paytaxtda Vi-Fi əsaslı hamıya əlçatan olan internet olacağı nəzərdə tutulur. Siqnal fonar dirəkləri vasitəsilə ötürüləcək.

Altı mindən az olmayan kameradan ibarət şəbəkə hər küçədə aktivliyə nəzarət edəcək, piyadaların və nəqliyyat vasitərinin yerdəyişməsini qeydə alacaq, hərəkəti tənzimləyəcək və şübhəli fəallıq barədə polisə xəbər verəcək.

Sıfırdan səhrada tikiləcək şəhər 6,5 milyon sakinin yaşaması üçün nəzərdə tutulub və gözlənildiy kimi, ilk dövlət qulluqçuları üçün artıq cari ilin sonunda açılacaq. Ancaq yeni paytaxt hər kəsin cibinə uyğun gəlməyəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password