Hərbçilərin sığorta ödənişlərində dəyişiklik ediləcək.
Hərbçilərin sığorta ödənişlərində dəyişiklik ediləcək. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna əlavələrin edilməsi nəzərdə tutulub. Dəyişikliyə əsasən, hərbi qulluqçuların sığortasının təmin olunması gücləndiriləcək.
Artıq bununla bağlı məsələ müzakirəyə çıxarılaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Hərbi qulluqçuların icbari sığortası ilə bağlı qanun dəyişdirilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşir “Xəzər Xəbər”ə bildirdi ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda dəyişikliklər ediləcək. Onun sözlərinə görə, layihə hərbi qulluqçuların icbari sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlib.
Millət vəkili qeyd edib ki, dəyişikliyə əsasən, sığortaolunan həqiqi hərbi xidmətdə olduğu zaman az ağır xəsarət zamanı sığorta pulunun 15 faizi miqdarında sığorta ödənişi alacaq.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin son iclasında müzakirə olunub. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.