Çavuşoğlu: “ABŞ-ın PKK, FETÖ və S-400-lə bağlı mövqeyi müttəfiqlik ruhuna uyğun deyil”
“ABŞ-ın PKK, FETÖ və S-400-lə bağlı mövqeyi müttəfiqlik ruhuna uyğun deyil”.
“Habertürk”ün verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin Plan və büdcə komitəsinin 2022-ci il büdcəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, bu məsələni Prezident Rəcəb Tayyib Ərdoğan da amerikalı həmkarı Cozef Baydenlə görüşdə gündəmə gətirib: “Sözügedən məsələləri əhatə edəcək İşçi Qrupu yaradacğıq. ABŞ bununla bağlı təklif irəli sürüb. Lazım olan məsələlərlə bağlı nazirliklərlə işləyirik”.