Sülhməramlılar Qarabağda daha 5 il qalsa… – Korıbko


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının müddətinin daha beş il uzadılacağını dilə gətirib. Onun sözlərinə görə, “yaradılan obyektlər Rusiyanın sülhməramlı qüvvələrinin nəzərdə tutulduğundan daha uzun müddət qalacağını deməyə əsas verir”. Lakin o, Rusiyanın sülhməramlı missiyası başa çatdıqdan sonra belə obyektlərin Azərbaycan qüvvələrinə verilməsinin mümkünlüyünü qeyd etməyib.

Bu sözləri amerikalı mütəxəssis Endryu Korıbko deyib.

Analitikin sözlərinə görə, Azərbaycanın Rusiyanın sülhməramlı missiyasının müddətinin uzadılmasına razı olub-olmayacağı hələlik bəlli deyil:

“Bakı Qarabağın qalan hissəsi üzərində suverenliyini tam bərpa etməyə çalışır. Rusiya qüvvələri bu prosesi asanlaşdırmaq niyyətindədir və gələcək dörd il ərzində bu proses perspektiv olaraq başa çatdırıla bilər. Əgər Ermənistan sərhədlərin delimitasiyasının və regional ticarət dəhlizlərinin qarşısını almasa, Azərbaycanın rus sülhməramlıların missiyasının uzadılmasına razı olacağı ssenarini təsəvvür etmək çətindir”.

Korıbkonun fikrincə, hətta bu halda belə, bu müddət ərzində nəzərəçarpacaq siyasi irəliləyiş əldə ediləcəyi qaçılmazdır:

“Vəziyyətin digər postsovet məkanı ölkələrində olduğu kimi “dondurulmasına” yol vermək olmaz. Bu, Qarabağın inkişafını ləngidər və potensial olaraq erməni istismarına imkan yaradar. Bu, həmçinin Rusiyanın ərazidəki niyyətləri ilə bağlı suallar yarada bilər. Buna görə də daha beş il müddətinə uzadılması üçün hansısa praqmatik əsaslı razılaşma olmadığı təqdirdə, əvvəlcədən planlaşdırıldığı kimi, missiyanın vaxtında başa çatması hər kəsin maraqlarına uyğundur”, – deyə amerikalı mütəxəssis bildirib./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password