Göyçayda icra başçısı ilə baş həkimin işbirliyinə göz yuman Zaur Əliyev kimləri qurban verdi???

Başda Rəsulova Mətanət Rəcəb qızı olmaqla bir qrup Göyçay rayon sakinləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya və aidiyyatı dövlət orqanlarına Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkiminin özbaşına əməllərindən şikayət məktubu yazıblar.  Şikayət məktubunda deyilir ki:
Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Ləman Hacıyeva, Uşaq Xəstəxanasının baş həkimi Elman Şirinov və Poliklinkanın baş həkimi Arzu Burcəliyevə işdən çıxarılmalarına dair məcburən ərizə yazdırılıb. Həmçinin 7 nəfər həkimə töhmət verilib. Bunun səbəbi kimi Göyçay rayon Mərkəzi Xəstəxanasnda baş alıb gedən korrupsiya qanunsuzluq faktı olmuşdur. Həmçinin bir neçə gün əvvəl xəstəxanada saxta “Covid 19” pasportunun satılması aşkarlanması mərkəzi orqanlarını tədbir görməyə məcbur etmişdir. Ancaq Göyçay rayon sakinlərini təəcübləndirən bir məqam o olmuşdur ki, bütün bu korrupsiyanın başında dayanan baş həkim Elçin Bilalova gözün üstə qaşın var deyən olmadı.
Sonradan məlum oldu ki, Göyçayın icra başçısı Mehdi Səlimzadə işə müdaxilə edib və Elçin Bilalovun vəzifədə qalmasına nail ola bilmişdir. Çünki məhz Elçin Bilalovun yaratdığı korrupsiya şəbəkəsinin əldə etdiyi kapitalın çox hissəsi icra başçısı Mehdi Səlimzadəyə verilir.
Tək saxta “Covid 19” pasportunun satışından hər gün icra başçısı Mehdi Səlimzadəyə 10.000 manat pul verilirmiş. Vətəndaş birinci vaksinasiya üçün 100 manat 28 gündən sonra ikinci vaksin üçün də 100 manat ödəyirmiş. Həttda bu cinayət əməlinin üstü açılan zaman icra başçısı Mehdi Səlimzadə baş həkim Elçin Bilalovu cinayət məsuliyyətindən qurtara bilmidşir. Nəticədə bir neçə tibb bacısı cinayət məsuliyyətinə cəlb edildi. İşdə bir başa əli olub ən çox gəlir götürən yüksək vəzifəli şəxslər məsuliyyətdən kənarda, vəzifədə qaldılar ancaq qəpik quruşa cinayətə sövq edilmiş tibb bacıları xərcləndi.
Qeyd ediək əvvəllər Göyçay rayon xəstəxanası regionda yüksək səviyyədə xidmət göstərən tibb ocağı olsa da Elçin Bilalovun yaratdığı korrupsiya şəbəkəsi xəstəxananın fəaliyyətini tamam iflic etmişdir. Bunun isə bir nömrəli səbəbkarı icra başçısı Mehdi Səlimzadə olmuşdur. Onun baş həkimdən hər ay haqq vermə tələbinə görə  rayonda tibb sistemi tamam korruspiyaya qurşanmışdır. Nəticə də əhali əziyyət çəkir narazılqılar yaranıb. Bir nəfər korrupsionerin tamahına görə Göyçay və digər yaxın rayonların sakinləri əziyyət çəkirlər.
Xəstəxanada icbari sığorta olsa da xidmət pulludur. Çünki icra başçısı Mehdi Səlimzadə baş həkim Elçin Bilalovdan haqq tələb etdiyi üçün o da həkimlərə aylıq qiymət təyin edib. Buna görə xəstəxana korrupsiya yuvasına dönüb.
İcbari Tibbi Sığorta Agentliyinin sədri Zaur Əliyev bunları bilsə də Mehdi Səlimzadənin sözündən çıxmayaraq 3 nəfəri işdən çıxartdı ancaq baş korrupsioner Elçin Bilalov vəzifəsində qaldı.
Göyçay rayon Mərkəzi Xəstəxanasına gəlib müayinədən keçib müalicə almaq hamısı pulludur. Pul verməyib qanun tələb edənlər isə kobud rəftara məruz qalaraq səhv müayinə və müalicə ilə üzləşir.
Coronavirusla mübarizəyə görə dövlət tərəfindən ayrılmış tibb işçilərinin maaşlarına müddətli əlavələri Elçin Bilalov talan etmişdir ki, nəticədə də işçilər arasında ciddi narazılıqlar yaranıb.
Qeyd edək ki, baş həkim Elçin Bilalov korrupsiya yolu ilə əldə etdiyi kapital hesabına Göyçay, İsmayıllı, Qəbələ rayonlarında və Bakı şəhərində bir neçə mənzillərə sahib olmuşdur. Həmçinin Elçin Bilalovun Türkiyənin İstanbul şəhərində mənzil alması da bildirilir. O, gününü eyş-işrətlə məşğul olur ki, hər gün spirtli işki qəbul edib sərxoş vəziyyətdə işə gəlir.
Biz Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan xahiş edirik Göyçay rayon xəstəxanasını korrupsiya yuvası etmiş baş həkim Elçin Bilalovun fəaliyyətini yoxlayıb onun barəsində ciddi tədbirlər görəsiniz.
İmza; Göyçay rayon sakinləri
Rəsulova Mətanət Rəcəb qızı Əlaqə telefonu;
Göyşay şəhəri Nizami küçəsi ev 56 sakini
Heybətova Samirə Kazım qızı
Salahov Elçin Nazim oğlu
Qasımov Bəxtiyar Sarif oğlu
Kərimova Şəfiqə Mövsüm qızı
Umudov Rüstəm Paşa oğlu
Məhəmmədov Rəvanə Mehdi qızı
Quliyev Paşa Nəriman oğlu                                                                                                                                                Abdullayev Vaqif Əsəd oğlu                                                                                                                                                        Səmədova Məryəm İlyas qızı
Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password