Çempionlar Liqası: Pley-offa ilk 2 vəsiqənin sahibi bəlli olub
UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 6 oyunu keçirilib.
Pley-offa ilk 2 vəsiqənin sahibi müəyyənləşib.
E qrupunda Almaniya “Bavariya”sı Portuqaliyada “Benfika”ya qalib gəlib. Xallarını 12-yə çatdıran Münhen təmsilçisi sona 2 tur qalmış qrupdan çıxmağı təmin edib. Bu qrupun digər matçında İspaniya “Barselona”sı Ukraynada Kiyev “Dinamo”sunu çətinliklə məğlub edib.
Pley-offa vaxtından əvvəl yüksələn digər komanda isə İtaliya “Yuventus”u olub. H qrupunda mübarizə aparan Turin təmsilçisi evdə Rusiya “Zenit”i üzərində qələbə qazanaraq, adını növbəti mərhələyə yazdırıb.
Gecənin maraqlı görüşlərindən biri F qrupunda baş tutub. İngiltərənin “Mançester Yunayted” klubu İtaliyada “Atalanta” ilə heç-heçəyə razılaşıb.
G qrupunda Avstriya “Zaltsburq”u Almaniyada “Volfsburq”la qarşılaşıb. Qonaqlar qalib gələcəyi halda pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcəkdi. Lakin görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bu qrupun digər qarşılaşmasında İspaniya “Sevilya”sı Fransanın “Lill” klubunu qəbul edəcək.
H qrupunda isə İngiltərənin “Çelsi” komandası İsveçdə “Malmö”nü minimal hesabla üstələyib. Yeganə qolu 56-cı dəqiqədə Hakim Ziyeş vurub. Qrupun digər görüşü İtaliyada “Yuventus” və Rusiyanın “Zenit” klubları arasında keçiriləcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, IV tur
2 noyabr
E qrupu
00:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Barselona” (İspaniya) – 0:1
Qol: Ansu Fati, 70
00:00. “Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) – 5:2
Qollar: Robert Levandovski, 26; 61; 84, Serj Qnabri, 32, Leroy Sane, 49 – Morato, 38, Darvin Nunyes, 76
Xal durumu: “Bavariya” – 12, “Barselona” – 6, “Benfika” – 4, “Dinamo” – 1.
F qrupu
00:00. “Vilyarreal” (İspaniya) – “Yanq Boyz” (İsveçrə) – 2:0
Qollar: Etyen Kapu, 36, Arno Qruneveld, 89
00:00. “Atalanta” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) – 2:2
Qollar: Yosip İliçiç, 12, Duvan Sapata, 56 – Kriştianu Ronaldu, 45+1; 90+1
Xal durumu: “Mançester Yunayted” – 7, “Vilyarreal” – 7, “Atalanta” – 5, “Yanq Boyz” – 3.
G qrupu
21:45. “Volfsburq” (Almaniya) – “Zaltsburq” (Avstriya) – 2:1
Qollar: Bote Baku, 3, Lukas Nmeça, 60 – Maksimilian Vöber, 30
00:00. “Sevilya” (İspaniya) – “Lill” (Fransa) – 1:2
Qollar: Lukas Okampos, 15 – Conatan Devid, 43 (pen.), Conatan İkone, 51
Xal durumu: “Zaltsburq” – 7, “Lill” – 5, “Volfsburq” – 5, “Sevilya” – 3.
H qrupu
21:45. “Malmö” (İsveç) – “Çelsi” (İngiltərə) – 0:1
Qol: Hakim Ziyeş, 56
00:00. “Yuventus” (İtaliya) – “Zenit” (Rusiya) – 4:2
Qollar: Paulo Dibala, 11; 58 (penalti), Federiko Kyeza, 74, Alvaro Morata, 82 – Leonardo Bonuççi, 26 (avtoqol), Sərdar Azmun, 90+2
Xal durumu: “Yuventus” – 12, “Çelsi” – 9, “Zenit” – 3, “Malmö” – 0.