Amaliya Pənahovaya həsr olunmuş film təqdim edildi

 

Azərbaycanın xalq artisti Amaliya Pənahovanın xatirəsinə həsr olunmuş “Onun qəribə taleyi” sənədli-bədii filminin təqdimat gecəsi keçirilib.

Sənədli-bədii film Nizami Kino Mərkəzində böyük ekranda nümayiş olunub. Tədbirdə tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, xalq artistinin həmkarları və yaradıcı gənclərin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, “Onun qəribə taleyi” sənədli-bədii filmi İctimai Televiziyanın təşəbbüsü ilə çəkilib. Filmin ssenari müəllifi Vidadi Hüseynov, quruluşcu rejissoru Ruslan Hüseyn, prodüseri Əziz Əliyev, layihənin rəhbəri isə Tural Sevdimalıdır.

Film mərhum aktrisanın evində, çalışdığı teatrlarda və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilib. Amaliya Pənahovanı gənc aktrisa Aygün Fətullayeva canlandırıb. Filmdə Elnur Məmmədov, Əhməd Salahov, Şahzadə Babayeva, Zülfiyyə Məmmədova və digər aktyorlar yer alıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password