Ekspert: “Bu qələbə Qarabağın Azərbaycan olduğunu Ermənistana etiraf etdirdi”

 

“İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi “böyük Ermənistan” barədə millətçi xülyalarına son qoydu”.

Bunu Londondakı Henri Cakson Cəmiyyəti (Henry Jackson Society – HJS) “beyin mərkəzi”nin kiçik elmi işçisi Taras Kuzio bildirib.

“Azərbaycanın qələbəsi sayəsində işğalçı qəvvələr tərəfindən viran qoyulan bu bölgəni bərpa etmək, məcburi köçkünləri öz yurd-yuvalarına qaytarmaq mümkün oldu. Bu qələbə Ermənistan üçün son nəticədə Qarabağın Azərbaycan olduğunu etiraf etməkdən başqa seçim imkanı qoymadı”, – o deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanın bu müharibədəki qələbəsi ölkənin beşdə bir hissəsinin Ermənistan tərəfindən otuz ilə yaxındır işğalına son qoymaqla yanaşı, ATƏT-in bu münaqişəni həll etməkdə aciz olduğunu ortaya qoydu.

Bununla yanaşı, Azərbaycanın qələbəsində Türkiyənin mühüm rolu olduğunu vurğulayan T.Kuzio iki ölkə arasında müttəfiq münasibətləri bir daha təsdiqləyən və iyunun 15-də imzalanan Şuşa Bəyannaməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password