Fransız tarixçi Makrona dərs keçdi: Onlar işğalçı deyil
Fransanın “Sciences Po” Universitetinin professoru Məhəmməd Oualdi Fransa Prezidenti Emmanuel Makronun “Əlcəzairlilər yalnız Fransanın müstəmləkə tarixinə hücum edir. Əvvəllər də bir müstəmləkə var idi və bunu Türkiyə insanlara unutdurmağı bacarıb” ifadəsini sərt tənqid edib.
Fransız tarixçi Əlcəzairin Osmanlı nəzarətində olduğu müddətdə qorunduğunu, Fransanın müstəmləkəsi olduğu halda isə işğal edildiyini və insanların öldürüldüyünü bildirib.
Osmanlı imperiyasının 1520-ci illərin əvvəlindən 1830-cu illərin əvvəlinə qədər Əlcəzair əyaləti üzərindəki qəyyumluğunu izah edən Oualdi qeyd edib ki, Makron ən azı 5 səbəbə görə səhv edir:
//”Fransızlardan fərqli olaraq, Osmanlılar Əlcəzairi işğal etmədilər. Bu şəhərin elitası, tacirləri, din alimləri və digər görkəmli şəxsləri 1519-cu ildən etibarən İstanbul sultanlarına müraciət etdi. İspaniya xristianlarından edilə biləcək hücumlara qarşı dəstək axtarılırdı. Əlcəzair valilərinin İstanbuldan razılıq istəmədən geniş manevr imkanları var idi. Bunun Fransa dövlətinin Əlcəzairin üç hissəsi üzərində güclü nəzarəti ilə heç bir oxşarlığı yox idi. Həmçinin, Osmanlı heç vaxt kütləvi köçləri təşviq etməyə çalışmadı. İstanbul təbii ki, müntəzəm olaraq bir neçə min əsgər və yeniçəri göndərirdi, lakin onların sayı Əlcəzairdə məskunlaşan fransız qoşunları və avropalı mühacirlərlə müqayisə edilə bilməz. Onlar müsəlman torpaqlarının 40 faizini ələ keçirdilər. 1830-cu ildən 1875-ci ilə qədər 3 milyonluq Əlcəzair əhalisindən 825 minin öldürüldüyü təxmin edilir. Bu dövrdə əlcəzairlilər sultana ərizələr göndərərək fransız istilaçılarını istəmədiklərini ifadə etdilər”.
Qeyd edək ki, İtaliyanın paytaxtı Romada keçirilən G20 Liderlər Sammitində Fransa Prezidenti Emmanuel Makron ilə Konqo Demokratik Respublikasının Prezidenti Feliks Antuan Çisekedi Çilombo arasında maraqlı dialoq sosial mediada gündəm olub. Zirvəyə Afrika Birliyi Təşkilatı adından qatılan Çilombo yanına gəlsə də, əlini sıxmaq istəməyən Makrona az qala üsyan edəcək bədən dili ilə reaksiya verib. Bir çox Afrika ölkələri, xüsusilə Konqo Fransanı “köhnə müstəmləkə günlərinə həsrət qalmaqda” ittiham edir./publika.az