Saxta alkotesterlə sürücüləri şərləyən YPX əməkdaşlarından Vilayət Eyvazova şikayət olundu

 

Bakı şəh., Nərimanov rayon sakini Həmidzadə Elnur Nasir oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, AR-nın Daxili İşlər naziri  Vilayət Eyvazova, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi cənab R.Zeynalova, DİN-nin Bakı şəhər Yol Polisi İdarəsin in rəisinə və KİV orqanlarına, YPX-nin 372 N-li əməkdaşlarının standartlara uyğun olmayan saxta alkotester cihazından (Çin istehsalı) istifadə etməklə sürücüləri şərləyərək qanunsuz protokol yazan dəstəsinin qanunsuz hərəkətlərindən şikayət ünvanlanıb.

Aktualinfo.org vətəndaş Elnur Həmidzadənin sözügedən şikayətini oduğu kimi təqdim edir:

 

Çox hörmətli Prezident! Nəzərinizə çatdırmaq istərdik ki, son vaxtlar Daxili İşlər Nazirliyinin YPX əməkdaşları tərəfindən sürücülərə qarşı heç bir standart və normalara cavab verməyən ( Çin istehsalı olan) saxta cihazlardan istifadə etməklə qanunsuz protokol yazmaları və ya bunun yazılmaması üçün alver etmələri barədə çox eşitmiş, amma inanmamışdıq. Lakin 19 oktyabr 2021-ci il, gecə saat 00-15 dəqiqədə dostum Fuada məxsus 90 LT 938 N-li “Hundai A-30” markalı avtomobili Xətai rayonu, Afyəddin Cəlilov küçəsindən “Cavanşir” körpüsü istiqamətində idarə edərkən, “Meqafan” –la üzbəüz yerdə 372 N-li YPX avtomobilinin əməkdaşları Rəşad və Samir adlı polis çavuşları saxlamış, əvvəlcə sürətli idarə etdiyimzi bizə bildirmiş, etriaz etdikdə isə mənə sərxoş olub olmamağımı yoxlamağı təklif etdilər. Etiraz etmədim. Onlar mənə adi bir alışqana bənzər “kitayski” aparata üfürməyi dedilər. Üfürmə zamanı guya məndə 10 mp ml. Spirtli içki olmağım “sübuta” yetirildi. Mən etiraz etdim ki, siz nə danışırsınız? Normal aparat gətirin və ya məni həkim məntəqəsinə aparın görüm sizin nəticəni təsdiq edirmi? Onlar özlərini təqdim etməyən sonradan adlarını öyrəndiyim Samir və Rəşad adlı YPX çavuşları avtomobildən bu dəfə digər normal alkotest metal-aparatı gətirdilər ki, buna üfürün və məni 5 dəfə təkrar təkrar üfürməyə məcbur etdilər. Lakin hər dəfə aparat heç nə göstərmədi. YPX əməkdaşları mənim üstümə qışqırdılar ki, sən düzgün üfürmürsən, yoxsa aparat göstərər və s. çərənləmələr etdilər. Bu arada protokol yazmağı təklif etdilər ki, bəs kameranın altıdır, biz nəsə bu işi sənədləşdirməliyik. Protokol yazdılar, mən etiraz edib imzalamadım. Bunlar əvvəlcə mənə təklif etdilər ki, gəl sən 700 manat ver çıx get bu iş burada bitsin. Razılaşmadım ki, nəyə görə sizə yolun ortasında cərimə pulu ödəməliyəm. Dərhal o biri əməkdaş mənə xəbərdarlıq etmədən avtomobili “Ağ şəhər” yaxınlığındakı cərimə meydançasına apardı. YPX əməkdaşlarının mənimlə belə açıq-aşkar “alver etmə” cəhdlərindən dərhal başa düşdüm ki, bunlar üzərilərində olan xidməti mikrofonu qanunsuz olaraq söndürüb mənimlə rahat şantaj yoluilə cərimə adı altında pul tələb edirlər. Sonda onlar mənə heç bir sənəd vermədən bildirdilər ki, sənədləri məhkəməyə göndərəcəyik.  Onarın bu hərəkəti və sürücülərə yanaşması qanunsuzdur və barələrində tədbir görülməlidir.  Mən avtomobildə olan dostum Fuadla birlikdə hadisədən 1-2 saat ərzində Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 38-də yerləşən Səhiyyə Nazirliyinin Sərxoşluq vəziyyətinin tibbi müayinə məntəqəsinə gəlib testdən keçdim. Nəticə yenə də “0” pml göstərdi.  Tərtib edilmiş 2/ 30100 n-li aktı alıb gəldim ki, şikayət verim. Sənəddə mənim həmin axşam saat 22-23-00 arası içib-işməməyimlə bağlı nəticə qeyd edilmişdir. Bu barədə DİN-nin 102 xidmətinə YPX əməkdaşlarının özbaşnalıqlarından 2 dəfə şikayət vermişəm. YPX işçiləri mənə heç bir sənəd və ya protokol verməmişdilər. Səhəri gün Bakı şəhər Yol İdarəsinə gəlib 14-cü otaqda polis mayoru Xəlillə görüşdüm. O da sürücülük vəsiqəmi alıb talon verdi ki, avtomobili cərimə meydançasından çıxara bilək. Hadisədən 2 sutka sonra isə mənə mesaj gəldi ki, siz İnzibati Xətaya görə 333.1 maddəsinə görə 400 manat cərimə olunursunuz. Və o da məlum oldu ki, Rəşad və Samir adlı YPX işçiləri protokol tərtib edərkən guya məni gecə hadisədən əvvəl saxladıqlarını qeyd etmişlər. Deməli, bu o deməkdir ki, bu YPX  işçilərinin növbə vaxtı gecə saat 23-də bitdiyi üçün məni şərləyərək məcbur yazdıqları İPX 4262252 N-li protokolun tərtib edilmə vaxtını da qəsdən 2 saat əvvəl göstəriblər. Yəni, 3 ekipaj üzvü xidməti vaxtı bitdiyindən evlərinə getmək əvəzinə A.Cəlilov küçəsində yalançı xidmətlərini üstlərində olan mikrofonları söndürdükdən sonra rahat formada sürücüləri şantaj edərək pul qoparma məqsədilə əlavə olaraq xidmətlərini qanunsuz davam etdiriblər ki, evdə acından ağır vəziyyətdə olan ailə üzvlərinə çörək apara bilsinlər.

 Mən də bir Azərbaycan vətəndaşı olaraq qanunsuz fəaliyət göstərərək məni saxta cihazla şantaj edən 372 N-li YPX avtomobili əməkdaşlarının qanunsuz tərtib etdikləri İXP 4262252 n-li protokolun ləğv edilməsi üçün aidiyyatı üzrə bərliyinə və DİN- rəhməhkəməyə müraciət edəcəyəm.

    Çoxhörmətli, cənab Prezident Sizdən çox xahiş edirəm ki, müharibədən sonrakı həsass bir dönəmdə yaşadığımız indiki iqtisadi çətin bir vaxtda məni kimi sadə vətəndaşları qanusuz üsullarla şərləyən belə polis əməkdaşları barəsində araşdırılma aparılması və əməllərinə hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə göstərişverəsiniz. Sağ olun.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password