İki supergüc gəlmədi, Merkel də yox: G-20 fiaskosu?

 

Çin, Rusiya, Meksika və Yaponiya bir araya gəlməkdən çəkinirlər, buna görə də onlar İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammitində birbaşa iştirakdan imtina ediblər, yalnız video vasitəsilə qatılacaqlar.

Bu sözləri analitik Kayl İnan G20 sammiti haqda danışarkən deyib.

Analitikin sözlərinə görə, dörd böyük gücdən ikisinin proqramda iştirak etmədiyini nəzərə alsaq, G-20-nin COVİD-19 pandemiyası dönəmində gərginliyi aradan qaldırmaq istiqamətində bu il öz nüfuzunu qoruyacağını söyləmək çox çətindir:

“İtaliyanın Baş naziri Mario Draqi super-güclərin toplantıda iştirak etməməsinin böyük itki olmadığı təəssüratını yaratmaq istəsə də, bu toplantının əldə etmək istədiyi beynəlxalq siyasi dəstək mexanizmini gücləndirmək ehtimalı azdır. Dünya liderlərinin gündəmlərindəki ən aktual mövzulardan bəziləri Əfqanıstandakı humanitar böhran, Anqlo-Sakson Paktı (ABŞ, Böyük Britaniya, Avstraliya), diplomatik dairələr arasında çəkişmə, İranın son dərəcə həssas məqamda olan nüvə proqramı, artan dünya enerji qiymətləri və kritik təchizat zənciri problemləridir”.

Mütəxəssisin fikrincə, bu tədbirin ən maraqla gözlənilən qarşılaşması oktyabrın 31-də Şotlandiyanın Qlazqo şəhərində keçiriləcək COP-26-da Bayden və Ərdoğan arasındakı görüşdür:

“Sözügedən görüşdə Türkiyənin 1,4 milyard dollar ödəmə etməsinə baxmayaraq, ABŞ-ın Rusiyadan alınan S-400 müdafiə sistemlərini bəhanə edərək Türkiyəyə təhvil vermədiyi F-35 döyüş təyyarələri gündəmə gətiriləcək. Türkiyə də öz növbəsində satınalma ilə bağlı kritik məqamları müəyyən etmək üçün komissiya yaradılmasını təklif edib. Amerikalı həmkarlar hələ də hesab edirlər ki, Rusiya sistemləri istənilən an inteqrasiya və ya istifadə etmək üçün çox risklidir”.

Kayl İnanın sözlərinə görə, G-20 üçün ən mübahisəli mövzulardan biri əksər ekspertlərin 1.230 kilometr uzunluğundakı “Şimal axını 2” boru kəmərinin tamamlanması ilə əlaqələndirdiyi daim artan enerji qiymətləridir:

“Bəziləri iddia edə bilər ki, Prezident Putin qiymət dəyişkənliyinin G-20-də həll edilməli olan siyasi məsələyə çevriləcəyini bilir və bu, Aİ-ni Rusiyanın qiymətləri təyin etməkdə artıq rıçaqlara malik olduğunu başa düşməyə məcbur edir. Geniş yayılmış fikirlərə görə, Moskva bir an belə tərəddüd etmədən NATO ofislərini bağlamaq üçün artıq bu kartdan istifadə edib, eyni zamanda NATO-nun Baş katibi Stoltenberq münasibətlərin uğursuz şəkildə pozulduğunu bildirib. Çinə gəldikdə, Çin prezidenti pandemiya səbəbindən 2021-ci ildə ölkəni tərk etməyəcəyini açıqlasa da, çoxları onu Romaya gəlib Baydenlə regionda gərginliyi artıran məsələləri müzakirə etmədiyi üçün qınayır. Son “sualtı qayıq sazişi” artıq regional oyunçuları Soyuq müharibə ilə bağlı gözləntilərə hazırlaşmağa və cavab verməyə məcbur edib, ona görə də ayıq dünya ictimaiyyətinin hazırkı vəziyyətə təsir edən dinamikanı anlaması üçün ABŞ və Çin prezidentinin üz-üzə görüşməsi olduqca vacib idi”.

Analitikin fikrincə, Angela Merkelin vəzifədən getməsi də bütün baş verənlərin fonunda məsələni mürəkkəbləşdirir:

“Angela Merkel təkbaşına Qərblə Şərq arasındakı həssas tarazlığı qoruyurdu. Kansler Merkelin səylərini Fransa Prezidenti Makron və ya G-20-nin hər hansı digər üzvü asanlıqla əvəz edə bilməz. Keçmiş kansler Merkelə belə bir ağır yükü daşıdığına və on beş il ərzində çıxılmaz vəziyyətə düşən qlobal oyunçular arasında sülhsevər ton yaratdığına görə fövqəladə təşəkkür medalı təqdim edilməlidir”./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password