Mahir Emrelinin spirtli içki ilə görüntüsü yayımlanıb

 

Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin içki masasında görüntüləri yayılıb.

“Polskatimes” nəşrinin yaydığı xəbərdə 24 yaşlı hücumçunun komanda yoldaşı Yoel Abu Hanna ilə fotosu tviterdə paylaşılıb.

Fotonun avqustda çəkildiyi yazılıb. Polşa mətbuatının iddiasına görə, Emrelinin Abu Hanna ilə spirtli içki qəbul edib.

Qeyd edək ki, “Legiya” klubu bir neçə futbolçusunu spirtli içki qəbul etməkdə günahlandıran sabiq hücumçusu Voytsex Kovalçiki məhkəməyə verir. Polşa mətbuatında Kovalçikin ittiham etdiyi futbolçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də olduğu yazılıb./report.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password