Baydenin Ərdoğan haqda bu sözləri dəhşətdir – Bayraqçı

 

ABŞ Prezidenti Co Baydenin prezident vəzifəsinə gəlməzdən əvvəlki son 2 ildə Türkiyə ilə bağlı verdiyi açıqlamaları araşdırdım.

Bu sözləri “Sonar” araşdırma şirkətinin rəhbəri, tarixçi Hakan Bayraqçı deyib.

“Bayden açıqlamalarından birində deyir: “Yaxın Şərqdə ən böyük problemimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Onu hakimiyyətdən endirdiyimiz zaman Yaxın Şərqdəki bütün planlarımızı çox asanlıqla həyata keçirə bilərik”.

Digər bir açıqlamasında isə bildirir ki, Suriya məsələsində bütün planlarımızın alt-üst olmasının səbəbi nə Rusiyadır, nə də başqa bir ölkə. Bunun səbəbi Ərdoğandır. Amma bunun əvəzini ondan çıxacağıq.

Baxın, “əvəzini ondan, yəni birbaşa Ərdoğandan çıxacağıq” deyir.

Bayden xəstəlik səviyyəsində Ərdoğan düşmənidir”, – deyə o bildirib./axar.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password