Avropanın ən yaxşı futbol akademiyaları açıqlanıb

 

Avropanın UEFA-ya üzv olan ən yaxşı 31 ölkə çempionatında çıxış edən klubların futbol akademiyaları araşdırılıb.

CİES futbol observatoriyasının araşdırmasına əsasən, 2021-ci ildə ən çox futbolçu yetişdirən klubların adları açıqlanıb.

Siyahıya “Ayaks” başçılıq edir. Niderland təmsilçisinin 81 yetirməsi hazırda həmin 31 ölkənin yüksək liqasında mübarizə aparır. Azərbaycandan isə heç bir klub bu baxımdan “100-lüy”ə düşməyib. Maraqlıdır ki, “böyük beşlik” ölkələrindən ilk “10-luğ”a cəmi 2 klub düşüb. Bunlar İspaniya təmsilçiləri “Real” və “Barselona”dır.

İlk “10-luq” aşağıdakı kimidir:

1. “Ayaks”
Yetişdirilən oyunçu sayı: 81
CİES Məşq İndeksi: 102,3
Orta hesabla keçirilən oyun sayı: 27,3
Orta yaş: 26,3

2. “Şaxtyor” (Donetsk)
Yetişdirilən oyunçu sayı: 75
CİES Məşq İndeksi: 66,3
Orta hesabla keçirilən oyun sayı: 17,3
Orta yaş: 25,1

3. “Sportinq”
Yetişdirilən oyunçu sayı: 70
CİES Məşq İndeksi: 91,8
Orta hesabla keçirilən oyun sayı: 25,5
Orta yaş: 26,8

4. “Dinamo” (Kiyev)
Yetişdirilən oyunçu sayı: 70
CİES Məşq İndeksi: 59,2
Orta hesabla keçirilən oyun sayı: 19,5
Orta yaş: 25,6

5. “Dinamo” (Zaqreb)
Yetişdirilən oyunçu sayı: 70
CİES Məşq İndeksi: 77,9
Orta hesabla keçirilən oyun sayı: 24,7
Orta yaş: 25,1

 

6. “Partizan”
Yetişdirilən oyunçu sayı: 69
CİES Məşq İndeksi: 65,5
Orta hesabla keçirilən oyun sayı: 22,7
Orta yaş: 25,4

7. “Real”
Yetişdirilən oyunçu sayı: 62
CİES Məşq İndeksi: 81,4
Orta hesabla keçirilən oyun sayı: 25,0
Orta yaş: 27,6

8. “Benfika”
Yetişdirilən oyunçu sayı: 60
CİES Məşq İndeksi: 76,4
Orta hesabla keçirilən oyun sayı: 23,4
Orta yaş: 24,9

9. “Sparta”
Yetişdirilən oyunçu sayı: 58
CİES Məşq İndeksi: 48,5
Orta hesabla keçirilən oyun sayı: 21,9
Orta yaş: 27,2

10. “Barselona”
Yetişdirilən oyunçu sayı: 57
CİES Məşq İndeksi: 75,6
Orta hesabla keçirilən oyun sayı: 23,8
Orta yaş: 26,7

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password