Gələn il Azərbaycanın dövlət büdcəsi 30 milyard manata yaxın olacaq

 

2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 816 milyon manat, xərclərinin isə 29 879 milyon manat olacağı gözlənilir.

Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 4,7% çoxdur.

Son nəticədə dövlət büdcəsində 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7% azalma deməkdir.

Büdcə gəlirlərinin 25 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.

Gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsi üçün 1 788 619 634,0 manat vəsait ayrılıb.

Bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, həmin xərclərin 1 664 544,0 manatı poliklinikalar və ambulatoriyalara, 171 143 669,0 manatı xəstəxanalara, 2 588 726,0 manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlara, 1 613 222 695,0 manatı səhiyyə sahəsində proqramlar və digər xidmətlərlə ayrılıb.

Eyni zamanda, səhiyyə üçün ayrılan vəsaitdən 1 125 674 629,0 manatı isə əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlər proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün nəzərdə tutulub.

Gələn ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb.

Bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, həmin xərclərin 376 milyon 858 min 452 manatı məktəbəqədər təhsilə, 2 milyard 090 milyon 153 min 867 manatı ümumi təhsilə, 63 milyon 815 min 386 manatı peşə təhsilinə, 87 milyon 300 min 596 manatı orta ixtisas təhsilinə, 59 milyon 987 min 844 manatı ali təhsilə, 3 milyon 937 min 523 manatı əlavə təhsilə, 7 milyon 015 min 701 manatı təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 195 milyon 256 min 291 manat təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılıb.

Gələn ilin dövlət büdcəsindən Azərbaycanın hərbi və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin məbləği məlum olub.

Bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.

Belə ki, gələn dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik istiqamətləri üzrə 4 489 892 429,0 manat vəsait ayrılıb.

2022-ci ildə müdafiə qüvvələri istiqamətləri üzrə 2 153 165 727,0 manat, milli təhlükəsizlik istiqamətləri üzrə 285 501 146,0 manat, sərhəd xidməti istiqamətləri üzrə 441 585 091,0 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar istiqamətləri üzrə 4 119 118,0 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər istiqamətləri üzrə 1 605 521 347,0 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə 1 600 442 500,0 manat vəsaitin ayrılması nəzərdə tutulub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password