Bayden və Putin “pakt” imzalaya bilər – Korıbko

 

Aralarında fikir ayrılıqları mövcud olsa da, onların strateji silah danışıqları və kibertəhlükəsizlik üzrə irəliləyiş əldə etdikləri bildirilir.

Bu sözləri amerikalı mütəxəssis Endryu Korıbko ABŞ və Rusiya Federasiyası liderlərinin mümkün görüşü haqda danışarkən deyib.

Ekspertin sözlərinə görə, görüş ideyası ABŞ Dövlət katibinin müavini Nulandın hər iki tərəfin konstruktiv hesab etdiyi Moskvaya son səfərindən sonra meydana gəldi:

“Kreml sözçüsü Dmitri Peskov sözügedən görüşün ilin sonuna qədər bu və ya digər formatda keçirilməsinin mümkün olduğunu desə də, hələ ki, görüş haqda dəqiq məlumatlar mövcud deyil. Tərəflər arasındakı görüşdə hər iki ölkənin marağında olan Ukrayna, Suriya və hətta Liviya kimi geosiyasi münaqişələr müzakirə ediləcək. Daha geniş tendensiya ondan ibarətdir ki, Rusiya və ABŞ aralarındakı rəqabəti məsuliyyətlə idarə etməyə çalışır. Tərəflər bu istiqamətdə uğur qazanarsa, hər iki tərəf qarşılıqlı fayda əldə edəcək”, – deyə o bildirib.

Amerikalı mütəxəssisin fikrincə, Rusiya qərb sərhədində təzyiqlərin azaldılmasına və sanksiyaların aradan qaldırılmasına, ABŞ isə Çini cilovlamağa çalışır:

“Hətta sonda onlar arasında “yeni ditont”(gərginlikdən azad olmaq – red.) deyilən razılaşma əldə olunmasa belə, heç olmasa, geosiyasi rəqabəti dondurmaq üçün “hücum etməmək paktı” adlanan müqavilə bağlana bilər. Ən yaxşı ssenari odur ki, Rusiya və ABŞ son gərginliklərini məsuliyyətlə idarə etmək üçün aralarında olan bütün məsələlərdə bir sıra qarşılıqlı kompromislər barədə razılığa gələ bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password