Türkiyədə meşələri yandırmaqda şübhəli bilinən 7 rusiyalı saxlanıldı
Türkiyənin Antalya bölgəsində Rusiya vətəndaşı olan 7 turist saxlanılıb.
Bu barədə Rusiyanın Türkiyədəki Baş Konsulluğu məlumat yayıb.
Bildirilib ki, onlar Türkiyədə meşələri yandırmaqda şübhəli bilinirlər.
Konsulluğun nümayəndəsi Rusiya vətəndaşlarının həbsinin səbəblərini öyrənmək üçün polis idarəsinəbaş çəkib.