Rüstəm Behrudinin son durumu: “Nəticəsi bəlli deyil”

 

“Hələ ki, əməliyyatın nəticəsi bəlli deyil. Növbəti üçüncü gün analiz edəcəklər. Yenidən baxacaqlar. Əgər hər şey yaxşı olsa, Bakıya qayıdacağam. Öldüm qurtardım, deyə bilmərəm, bir az zaman qazandım. Çəkdiyim ağrılara dəyərmi, bilmirəm”.

Bunu açıqlamasında səhhətinin son durumundan danışarkən şair Rüstəm Behrudi deyib. O bildirib ki, əməliyyat həftənin üçüncü günü bitib:

“Üç-dörd saat çəkdi. Ağır əməliyyat idi. Hələ ki, Ankaradayam, “Acıbadəm” xəstəxanasında yatıram. Həkimim dünyaca məşhur professor Lütfi Tunçdur. Böyük xəstəxanalarda belə bir qayda var. Əməliyyata girən xəstənin məlumatları toplanmış bir bilərzik olur, yəni “pirka”. Onu xəstənin qoluna bağlayırlar. Xəstə əməliyyatdan sağ çıxa bilməsə, həmin bilərziyi onun qolundan açıb ayağının baş barmağına bağlayırlar ki, doğmaları, qohumları onu tapa bilsin. Üç-dörd saatlıq əməliyyatdan sonra ayılanda gördüm ki, həmin bilərzik mənim qolumdadır. Onda hiss elədim ki, hələ ölməmişəm”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password