Ermənistan Qarabağ iddiasını geri çəkir: Paşinyan sərhədlə bağlı nəyi etiraf etdi?

 

Paşinyanın 2022-ci il dövlət büdcəsinin müzakirəsi zamanı üç fikri diqqət çəkir.

Birincisi: Nikol iddia edir ki, Azərbaycan Ordusunun Zod (Kəlbəcər-Söyüdlü)-Xəzinəvar (Gorusun kəndi) hissəsindən çıxarılması demarkasiya prosesi üçün əlverişli şərait yaradacaq. Bu fikir Azərbaycanın toqquşmaların baş verdiyi Kəlbəcər istiqamətində Ermənistanın işğal dövründə irəli çəkdiyi dövlət sərhədini praktiki olaraq bərpa etdiyini deməyə əsas verir.

İkincisi: Nikol sərhəddəki ordunu sərhəd qoşunları ilə əvəzləməkdən danışır. Bu plan Ermənistanın 2021-2025-ci il dövlət proqramında əksini tapıb. Plana görə, Ermənistanın yeni müdafiə strategiyası əsasən sərhəd qoşunlarının təkmilləşdirilməsi üzərində qurulur: bu, İrəvanda mövcud hakimiyyətin post-müharibə dövrünə hazırlığıdır.

Üçüncüsü: Nikol çıxışında “regionda yeni dövrün başladığını, düşmənçilik atmosferindən çıxmağın vacibliyini” vurğulayıb və bəyan edib ki, “Ermənistanın niyyəti yeni ərazilər tutmaq deyil”.

– Paşinyan hakimiyyəti ölkəni blokadadan çıxarmaq üçün “hər şeyə hazırıq” mesajı verir; – Və bu, həm də Ermənistanın Qarabağ iddiasını tədricən arxa plana keçirməsidir; Paşinyanın təhlükəsizlik prioritetinin sərhədin mühafizəsi olduğunu açıqlaması da buna hesablanıb. Hərçənd, burada İrəvanın Qarabağdakı erməniləri Rusiyanın qucağına itələmək və yükü Moskvanın üzərinə qoymaq niyyəti də məlumdur.

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password