Merkel: “Vəzifədən gedəndən sonra çox yatacam”
“Vəzifədən getdikdən sonra daha çox yataraq oyanacağımdan əminəm”.
Bu sözləri 16 il Almaniya kansleri olaraq çalışan və aktiv siyasətdən ayrılaraq vəzifəsini təhvil verməyə hazırlaşan Angela Merkel deyib.
Təqaüdə çıxmağa hazırlaşan Merkel həyat yoldaşının ondan “Ümid edirəm bütün günü evdə qalmazsan” deyə soruşub-soruşmamasına gəlincə, bildirib ki, “Həyat yoldaşımın belə qorxusu yoxdur. Kifayət qədər məşğuldur. Mən də bütün günü evdə oturmağımla tanınmıram”.