Putindən NATO-ya qarşı sərt sözlər: “Əfqanıstanda baş verənlərə görə…”

 

Rusiya Prezidenti Vladimir Putin 20 ildir Əfqanıstanda olan NATO dövlətlərinin bu ölkədə yaşanan problemlərdən məsul və onların etməli olduğu işin Əfqanıstanın maliyyə fondlarını dondurmamaq və ölkədə sosial, iqtisadi problemlərin həllinə imkan vermək olduğunu deyib.

Bunu Rusiya lideri Beynəlxalq Voldey Klubunun Soçidəki toplantısında çıxışı zamanı deyib.

Əfqanıstanda mövcud olan vəziyyətin normallaşması üçün iqtisadiyyatın yenidən qurulmasını vacib sayan Putin Çin, və Rusiya kimi Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin bu prosesə qatılmasının önəminə diqqət çəkib.

Deyib ki, Əfqanıstanda yaşanan əsas problemlərin məsuliyyəti 20 ildir bu ölkədə savaşan NATO ölkələrindədir:

“Məncə, indi ilk görəcəkləri addım Əfqanıstan maliyyə ehtiyatlarını dondurmamaq, bu ölkədə prioritet təşkil edən sosial və iqtisadi problemlərinə həllinə imkan verməkdir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password