Metyu Brayza: “Saakaşvilinin saxlanılması ağıllı siyasi addım olmayıb”

 

“Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin saxlanılması ağıllı siyasi addım deyil”.

Bunu “Atlantik Şurası”nın böyük elmi işçisi, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, beynəlxalq ekspert Metyu Brayza Gürcüstanın “Interpressnews” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, dünyada istənilən siyasi lider hərəkətlərinə görə cavabdehlik daşıyır: “Saakaşvili bilirdi ki, qərarı çox risklidir. Həbs olunacağını bilsə də, o, Gürcüstana qayıtmasını düzgün qərar hesab edib”.

M.Brayza vurğulayıb ki, müxalifət liderinin və eyni zamanda, ölkənin keçmiş prezidentinin həbs olunması problem yaradır və dünya tərəfindən siyasi motivli həbs kimi qəbul edilir: “Bu, hökumətə bir sıra problemlər yaradır və ölkədə böhrana səbəb olur”.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə həbs olunub. Rustavidəki 12 saylı həbsxanada saxlanılan siyasətçi özünü siyasi məhbus adlandırır və azad edilməsini tələb edir. O, bu tələblə artıq 22-ci gündür aclıq aksiyası keçirir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password