Maaş və pensiyalar nə qədər artırılacaq? – NAZİR MÜAVİNİ AÇIQLADI

 

“Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamına uyğun olaraq, əsasən minimum pensiyalar, minimum əməkhaqqı, müavinət və təqaüdlərin 20-40 faiz artırılması nəzərdə tutulur”.

Bunu  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. Onun sözlərinə görə, artımlar 1,8 milyon nəfəri əhatə edəcək.

Bəs görəsən gələn ildən artırılması nəzərdə tutulan minimum əməkhaqqı, minimum pensiyalar, müavinət və təqaüdlər konkret olaraq neçə manat artırıla bilər?

Deputat Vüqar Bayramovun sözlərinə görə, minimum əməkhaqqının qaldırılması dövlətin prioritet məsələlərindən biridir. Deputat deyir ki, Maliyyə nazirliyinin proqnozlaşdırmalarına görə, isə 2025-ci ildə minimum əməkhaqqı 1000 manat olacaq. Son imzalanan sosial paketlər sayəsində isə bunun daha qısa zamanda reallaşması mümkün olacaq: ”Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin təqdim etdiyi kimi, 20 və 40 faizlik artımlar, minimum pensiya və minimum əməkhaqqına tətbiq olunacaqsa, minimum əmək haqqının məbləği 300 manata qədər yüksələ bilər. Amma nəzərə alsaq ki, minimum əmək haqqının artırılması ayrıca bir sərəncam olacaq, o zaman faizlər və artımlar, xüsusi bir sərəncamla müəyyənləşəcəyi gözlənilir. Amma orta aylıq əmək haqqının artması da gözlənilir. Orta aylıq əmək haqqının öncəki proqnozlara nisbətən daha çox olacağı gözlənilir”.

Deputat deyir ki, Dövlət statistika komitəsinin məlumatlarında da istehlak bazarında qiymət artımının olduğu qeyd olunur. Buna görə də, minimum pensiyalar və minimum əməkhaqqının artırılması əhaliyə müsbət təsir göstərəcək.

İqtisadçı ekspert Pərviz Heydərov isə hesab edir ki, maaş və pensiyaların qabaqcadan nə qədər artırılması müəyyənləşdirilə bilməz. Lakin bəzi iqtisadi proqnozları nəzərə alaraq, ən yaxşı halda 50 manat artırılacağına ümid bəsləmək olar: ”Cənab Prezidentin bu sahədə imzaladığı sərəncam yerində imzalanan sənəddir. Birmənalı şəkildə qeyd edə bilərəm ki, gələn il minimum əməkhaqqı və minimum pensiyanın ən aşağı 30-40 manat, ən yaxşı halda 50 manat artımına ümid bəsləmək olar”.

Pərviz Heydərovun sözlərinə görə, minimum əməkhaqqı və pensiyaların artımı və ya təqaüdlərin artımı üçün ayrıca sərəncam imzalanmalıdır. Bu ümumilikdə sosial paket adlanır. Əmək haqqının və pensiyaların artımı isə il ərzində iki dəfə ola bilər. Buna misal olar 2019-cu ildə imzalanan sərəncamları göstərmək olar. / apa.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password