“Çelsi” və “Bavariya”dan darmadağın, “Mançester Yunayted” əzmkar qələbə qazanıb
UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.
Son olaraq E, F, G və H qruplarında ümumilikdə 6 qarşılaşma baş tutub.
E qrupunda Almaniya “Bavariya”sı Portuqaliyada “Benfika”ya böyük hesabla qalib gəlib.
F qrupunda “Mançester Yunayted” İngiltərədə İtaliya “Atalanta”sını sınağa çəkib. İlk hissədən sonra hesabda geridə olan “qırmızı şeytanlar” ikinci yarıda 3 qol vuraraq, əzmkar qələbə qazanıblar. Bu qrupun digər oyununda “Yanq Boyz” İsveçrədə İspaniya “Vilyarreal”ına uduzub.
G qrupunda İspaniya “Sevilya”sı Fransada “Lill” klubu ilə qolsuz heç-heçəyə razılaşıb.
H qrupunda turnirin son qalibi olan “Çelsi” İngiltərədə İsveç “Malmö”sünü darmadağın edib. Digər görüşdə isə İtaliya “Yuventus”u Rusiyada “Zenit”i çətinliklə məğlub edib.
Çempionlar Liqası
III tur
20 oktyabr
E qrupu
20:45. “Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna) – 1:0
Qol: Jerar Pike, 36
23:00. “Benfika” (Portuqaliya) – Bavariya” (Almaniya) – 0:4
Qollar: Leroy Sane, 70; 85, Everton, 80 (avtoqol), Robert Levandovski, 82
Xal durumu: “Bavariya” – 9, “Benfika” – 4, “Barselona” – 3, “Dinamo” – 1.
F qrupu
23:00. “Yanq Boyz” (İsveçrə) – “Vilyarreal” (İspaniya) – 1:4
Qollar: Meşak Elia, 77 – Yeremi Pino, 6, Jerar Moreno, 16, Alberto Moreno, 88, Samuel Çukvueze, 90+2
23:00. “Mançester Yunayted” (İngiltərə) – “Atalanta” (İtaliya) – 3:2
Qollar: Markus Reşford, 53, Harri Maquayr, 75, Kriştianu Ronaldu, 81 – Mario Paşaliç, 15, Merih Demiral, 29
Xal durumu: “Mançester Yunayted” – 6, “Vilyarreal” – 4, “Atalanta” – 4, “Yanq Boyz” – 3.
G qrupu
20:45. “Zaltsburq” (Avstriya) – “Volfsburq” (Almaniya) – 3:1
Qollar: Kərim Adeyemi, 3, Noa Okafor, 65; 77 – Lukas Nmeça, 15
23:00. “Lill” (Fransa) – “Sevilya” (İspaniya) – 0:0
Xal durumu: “Zaltsburq” – 7, “Sevilya” – 3, “Lill” – 2, “Volfsburq” – 2.
H qrupu
23:00. “Çelsi” (İngiltərə) – “Malmö” (İsveç) – 4:0
Qollar: Andreas Kristensen, 9, Jorjinyo, 21 (pen.); 57 (pen.), Kay Haverts, 48
23:00. “Zenit” (Rusiya) – “Yuventus” (İtaliya) – 0:1
Qol: Deyan Kulusevski, 89
Xal durumu: “Yuventus” – 9, “Çelsi” – 6, “Zenit” – 3, “Malmö” – 0
UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 2 oyunu keçirilib.
Hər iki qarşılaşmada meydan sahibləri qələbə qazanıblar.
E qrupunda İspaniya “Barselona”sı evdə Ukraynanın “Dinamo” (Kiyev) komandasını 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 36-cı dəqiqədə Jerar Pike vurub. Bu, Kataloniya təmsilçisinin cari mövsüm turnirin qrup mərhələsində ilk qalibiyyəti olub. Qrupun digər matçında Almaniya “Bavariya”sı Portuqaliyada “Benfika”nın qonağı olacaq.
G qrupunda isə Almaniya “Volfsburq”u Avstriyada “Zaltsburq”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Digər oyunda “Lill” Fransada İspaniya “Sevilya”sını sınağa çəkəcək.
Çempionlar Liqası
III tur
20 oktyabr
E qrupu
20:45. “Barselona” (İspaniya) – “Dinamo” (Kiyev, Ukrayna) – 1:0
Qol: Jerar Pike, 36
23:00. “Benfika” (Portuqaliya) – Bavariya” (Almaniya)
Xal durumu: “Bavariya” – 6, “Benfika” – 4, “Barselona” – 3 (3 oyuna), “Dinamo” – 1 (3).
G qrupu
20:45. “Zaltsburq” (Avstriya) – “Volfsburq” (Almaniya) – 3:1
Qollar: Kərim Adeyemi, 3, Noa Okafor, 65; 77 – Lukas Nmeça, 15
23:00. “Lill” (Fransa) – “Sevilya” (İspaniya)
Xal durumu: “Zaltsburq” – 7 (3 oyuna), “Sevilya” – 2, “Volfsburq” – 2 (3), “Lill” – 1.