Bu ərazi Azərbaycanın nəzarətinə keçdi – Parsyan
Ağdağ dağının Azərbaycanın nəzarətinə keçməsiylə bağlı detallar bəlli olub.
Detalları Qafan meri Gevork Parsyan açıqlayıb. Onun sözlərinə görə, dağ Azərbaycana dekabr ayında verilib, amma ona nəzarəti rusiyalı sərhədçilər həyata keçiriblər.
Parsyan bu günlərdə rusların naməlum səbəblər ucbatından dağdakı mövqelərini tərk etdiklərini və yüksəkliyin tam olaraq Azərbaycana verildiyini bildirib:
“Bu ərazi vacib yüksəklikdir, bizim üçün strateji əhəmiyyətli məntəqədir. İndi rusların olmaması sayəsində bu məntəqə azərbaycanlıların tam nəzarətinə keçib.
Əvvəllər Aqarak, Yeqvard və Ujanis kəndələrinə getmək üçün istifadə etdiyimiz əsas yol indi tam onların nəzarətindədir. İndi biz alternativ yoldan istifadə edirik. Faktiki olaraq kəndlilərin bu yaldan istifadəsi qadağan edilib”. / axar.az