“Yelo Bank”dan görünməmiş maxinasiya – Vətəndaşın evi hansı yollarla əlindən alınır

 

Nəsimi rayonu 4-cü M/R 20 yanvar küçəsi ev 23 mənzil 10-da yaşayan Abbasov Kamran Şamil öğlu və Şükürova Əsmər Əzizağa qızı tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Baş nazir Əli Əsədova, Prezident Adminstrasiyası Hüquq Şöbəsinin müdirinə,  Maliyyə naziri Samir Şərifova, Mərkəzi Bankın İdarə Heyyətinin sədri sədri Elman Rüstəmova, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Ədliyyə naziri Fikrət Məmmədova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Daxili İşlər naziri Vilayət Eyvazova, “YELO Bank” ASC İdarə heyyətinin sədrinə və digər aidiyyatı dövlət qurumlarının rəhbərlərinə şikayət məktubu ünvanlanıb. Şikayət məktubunda deyilir ki:

22.12.2014-cü ildə ailəmizdə yaranan ciddi problemlə əlaqədar məcbur olub evimizi “Nikoil Bank”da girov qoyaraq 15500 ABŞ dolları 26% 0lmaqla, 78 qəpik kursu ilə 12 000 manat kredit götürmüşdük. Götürdüyümüz kredit tam bağlanıb . “Nikoil Bank”ın malliyə hesabları “Yello Bank”ın hesabına keçdikdən sonra “Yello Bank” evimin sənədini mənə qaytarmaq əvəzinə həmin krediti təkrar mənim adıma yazıb 40000- də əlavə pul tələb edib məni məhkəməyə verib üç otaqlı evimi evimi əlimdən almağa çalışır. Bu isə ən böyük haqsızlıq, dələduzluq və zorakılıqdır. İş Nizami rayon məhkəməsinin hakimi Həqiqət Əhmədovanın icraaatındadır. Məhkəmənin gedişində biz işin Ədliyyə Nazirliyinin maliyyə ekspertizasına göndərilməsi üçün vəsatət verdik. Həqiqət Əhmədova isə evin qiymətləndirilməsinə dair əsassız qərar qərardat çıxartdı. Biz həmin qərardatdan şikayətçi olduğumuz üçün işi Apellyasiya Məhkəməsinə göndərdi. Hal-hazırda iş Apellyasiya Məhkəməsinin hakimi Azad İmanova verilib.

Aktualinfo.org xatırladır ki, ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflıq və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi,  prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı ardıcıl mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan ötən ilin may ayında KİV –lərə verilən xəbərdə, belə tədbirlərdən biri kimi “Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırıldığı bildirilirdi. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində bankın 12 saylı filialının direktoru Şükür Həsənovun filialın xəzinədarı Babək İbrahimli ilə birgə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və ya üçüncü şəxs üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə fakt üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdı.

Çox təəssüflər olsun ki, “YELO Bank” ASC-də belə maliyyə pozuntuları ilə müşayət olunan hallar son dövrlərdə artmaqdadır. Şikayətdən də göründüyü kimi belə maliyyə fırıldağı ilə vətəndaş Kamran Abbasovun ailəsi də qarşılaşmışdır. Belə ki, 2014-cü ilin dekabrın 22-də evlərini  Nikoyl bank”agirov qoymaqla 12000 manat pul ( 15300 USD- 0.78 manat= 1dollar kursu ilə ) illik 26 faiz olmaqla  kredit götürmüşlər. Kreditlər bu illər ərzində tam bağlanıb. “Nikoyl Bank”ın maliyyə hesabları “YELO bank”ın hesabına keçdikdən sonra bu bank vətəndaşın girov qoyduqları evin sənədlərini geri qaytrmaq əvəzinə, həmin ödənilmiş krediti əsassız olaraq adına yazıb və əlavə 40000 manat da pul tələb edir. İndi də evi əllərindən almaq üçün məhkəməyə müraciət ediblər. Baxmayaraq ki, vətəndaşın əlində bankın qanunsuz tələb etdiyi pul tələbinin əsassızlığını sübut edən və borcun tam ödənilməsini təsdiq edən sənədləri var.

Vətəndaş Kamran Abbasovun hüquq mühafizə orqanlarından tələbi də məhz budur. O, yazır ki, Ona görədə hesab edirəm bankın mənə qarşı törətdiyi qanunsuzluqları nəzərə alaraq mənim bankdan kredit müqaviləsi ilə aldığım kreditin vaxtında və tam mədaxil olunub-olunmaması müəyyən edilməli,  bankın ödədiyimiz kreditləri düzgün mədaxil etməyən və mədaxil qəbzlərini qəsdən təsdiqləməyən işçilərinin araşdırılaraq müəyyən edilməsi  qeyd olunan qanunsuz halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməlidir.

Xatırladım ki, “Kredit Bürosu” MMC-nin rəsmi çıxarışına əsasən bankdan aldığım 14.823 manat məbləğin əvəzində tam ödənilmiş 47.631 manat göstərilmişdir. Bu məbləğ Kredit Bürosunun 05.07.2021-ci il tarixli çıxarışı əsasında əvvəlki tarixlərdə çıxarışların əsasında aldığım kreditin tam ödənilməsi sənədlərlə təsdiqlənir. Yəni bankdan aldığımız pulu vaxtında və tam mədaxil olmuşdur. Baxmayaraq ki, 10.04.2019-cu il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bizim əsas kredit borclarımızın bir hissəsi dövlət büdcəsi hesabına kompensasiya edilmişdir. Digər tərəfdən əgər kreditlərin ödənilməsi zamanı mədaxil qəbzlərinin “Nikoyl Bank” işçiləri tərəfindən birtərəfli olaraq rəsmən təsdiqlənmirsə və ödədiyimiz pullar  maliyyə maxenasiyalarına məruz qalırsa, bu bizim günahımız sayılmır. Bu bank daxilində işçiləri tərəfindən törədilən cinayət faktlarını özləri daxili təhqiqatla araşdırmalı idilər. Bizdən yendən ödədiyimiz pulları tələb etməli deyildirlər. Ona görə də zərurət yaranıb ki, pul vəsaitlərinin hərəkətlərini əks etdirən mədaxil və ilkin mədaxil-məxaric sənədlərinin, bankdan alınmış kredit pulun vaxtında və tam mədaxil olub-olmamasının müəyyən edilməsi üçün maliyyə-mühasibatlıq ekspertizası təyin edilərək nəticəsi istintaq orqanlarına təqdim edilməlidir. Son illər ərzində hər ay 100 manat pulun ödənilməsinə baxmayaraq bank kredit ödənişinin olmadığını qeyd etmişdir. Bank həmçinin əsas borcun ödənilməsi üçün bizə üç müxtəlif hesab nömrəsi təqdim etmişdir ki, biz də onlara ayrı ayrılıqda ödənişlər etmişdik. Lakin bu hesablara edilən ödənişlərin son taleyi bizə məlum deyil.

Çox hörmətli Prezident İlham Əliyev! Hazırda şübhəli bank fəaliyyətilə məşğul olaraq bizi kimi sadə vətəndaşların kredit ödəmələrini müxtəlif maliyyə maxenasiyaları ilə mənimsəyərək yenidən müştərilərindən kredit ödənişi tələb edən “YELO bank” ASC-nin son illərdəki fəaliyyətinin araşdırılmasını və təqsirkarların qanunsuz fəaliyyətlərinə hüquqi qiymətlərin verilməsi üçün aidiyyatı üzrə araşdırılmasına göstəriş verməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password