II Qarabağ Müharibəsində məhv edilmiş məşhur ermənilər

 

Azərbaycanın şanlı qələbəsi ilə başa çatan İkinci Qarabağ Müharibəsindən 1 il ötür. Azərbaycan Ordusu ötən il 44 gün ərzində Ermənistan Ordusunu və onun möhkəmləndirilmiş hərbi mövqelərini darmadağın edərək, 30 illik işğala son qoydu.

27 sentyabr 10 noyabr aralığında davam etmiş döyüşlərdə rəsmi məlumatalara görə, 4 min, qeyri-rəsmi məlumatalara əsasən isə 7 minədək erməni hərbçi və onlara qoşulan muzdlular məhv edilib. Məhv edilənlər arasında bir sıra məşhur ermənilər də var.

Qeyd olunmalıdır ki, döyüş meydanlında fiziki cəhətdən məhv edilən düşmən məşhurları ilə yanaşı, müəyyən səbəblərdən hərbi əməliyyatlarda iştirak etməyən bir çox məşhurlar da məğlubiyyətin verdiyi mənəvi stress fonunda ölüblər.

Onlar arasında Birinci Qarabağ Müharibəsinin iştirakçısı, hərbi cinayətkar Manvel Qriqoryanı qeyd etmək olar. O, Ermənistanın Qarabağ məğlubiyyətinin şokundan ölmüşdü. General Qriqoryan 2020-ci il noyabrın 19-da 64 yaşında evində ölü tapılıb. Azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə seçilən eks-deputat barəsində bir neçə maddə ilə cinayət işi açılmışdı.

Birinci Qarabağ Müharibəsində Şuşanın işğalına rəhbərlik etmiş general-mayor Arkadi Ter-Tadevosyan da 44 günlük savaşın ardından ölmüşdü. Tadevosyan 2021-ci il martın 31-də İrəvanda keçinib. Keçmiş döyüş yoldaşları “Arkadini Şuşanın itirilməsinin acısı öldürdü”, -deyə onun qəfil ölümünü şərh ediblər.

44 günlük hərbi əməliyyatlar dövründə məhv edilən erməni məşhurların siyahısını diqqətə çatdırır.

2020-ci il oktyabrın 5-də “Alaşkert-2” klubunun oyunçisu – 22 yaşlı Liparit Daştoyan Qarabağ döyüşlərində öldürülən tanınmış ermənilərdən idi.

Qarabağ uğrunda gedən döyüşlərdə triatlon və pauerliftinq üzrə Ermənistan çempionu Tatul Arutunyan da məhv edilib. O, oktyabrın 4-də öldürülüb.

Oktybarın 6-da Qarabağda gedən döyüşlərə könüllü qatılmış Livan ermənisi, opera müğənnisi Qevorq Xacyan da məhv edilib.

Yerevanın “Lokomotiv” klubunun yarımmüdafiəçisi, 18 yaşlı Erik Saryan oktyabrın 17-dəki döyüşlərdə öldürülüb.

Qarabağ döyüşləri sırasında top atışı zamanı çəkilən fotosu ilə məşhurlaşan 19 yaşlı Albert Ovannisyan sentyabrın 29-da məhv edilib.

Döyüşlərdə “Qara pantera” könüllü hərbi birləşməsinin komandiri, Ermənistan parlamentinin eks-deputatı Rüstəm Qasparyan da öldürülənlər məşhurlar sırasına daxildir. O, 26 yaşlı oğlu Rafael Qasparyan ilə birlikdə dron zərbəsi zamanı məhv edilmişdi. Rüstəm Qasparyan Birinci Qarabağ Müharibəsində də aktiv iştirak etmişdi.

Oktybarın 21-də Yerevan Dövlət Pantomima Teatrının artisti 36 yaşlı Ovannes Acinyan öldürülüb.

Ermənistanın gənclərdən ibarət basketbol komandasının oyunçusu Aram Mkrtçyan da döyüşlərə qatılmışdı. Onun cəsədi 2021-ci ilin aprelində Cəbrayıl rayonu istiqamətində tapıldı.

“Erməni Milli Konqresi”nin üzvü, eks-deputat David Matevosyan oktyabrın 23-də Xocavənd rayonu istiqamətində məhv edilib./modern.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password