Daha 5 erməni əsir hərbçisi qaytarıldı – Muradovun olduğu təyyarə İrəvana enib + VİDEO

 

Bakıdan İrəvana uçan və içərisində 5 erməni hərbçisini daşıyan təyyarə İrəvanda yerə enib. Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin sabiq komandanı Rüstəm Muradovun Bakıdan apardığı əsir ermənilər Ermənistanın müvafiq qurumlarına təhvil verilib.

Xəbər verdiyimiz kimi, rəsmi Bakı bu adımı humanist jest kimi atıb.

Rusiyanın Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılarının keçmiş komandanı general-leytenant Rüstəm Muradovun olduğu təyyarə Bakıdan İrəvana yola düşüb.

“Caliber”in “Telegram” səhifəsinin məlumatına görə, R.Muradov Azərbaycanın güc strukturları tərəfindən saxlanılan beş erməni hərbçini ölkələrinə aparır.

Məlumata görə, söhbət Azərbaycan ordusu və əhalisinə qarşı ağır cinayətlərdə əli olmayan sıravi erməni əsgərlərindən gedir. Onlardan bəziləri 27 may 2021-ci ildə Azərbaycan ərazisinə daxil olmağa cəhd edərkən Kəlbəcərədə saxlanılan diversiya qrupunun üzvləridir.

Onların belə tezliklə buraxılması, heç şübhəsiz ki, Azərbaycan tərəfinin növbəti humanist addımıdır. Hərçənd, onlara daha ağır cəza verilə bilərdi.

“Caliber” əlavə edib ki, ümumilikdə, hadisəyə Azərbaycan və Ermənistan arasında cərəyan edəniyasi proseslərin tərkib hissəsi kimi yanaşmaq daha düzgün olardı.

Lakin əminliklə deyə bilərik ki, bunun qarşılığında Ermənistandan hansısa bir güzəşt əldə edilib.

Əlavə məlumat veriləcək.

Ermənistana qaytarılan hərbçilərin adları aşağıdakı kimidir:

– Mels Ambardanyan
– Rafik Karapetyan
– Jora Manukyan Vanoevich
– Hovsep Manukyan
– Sedrak Soqomonyan

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password