“Ərdoğan yeganə liderdir ki…” – İsrail nəşrindən şok iddia

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imicini gücləndirərək, incə xətdə irəliləməyə davam edir”.

Bu barədə İsrailin “Haaretz” qəzetində dərc olunan məqalədə bildirilib.

Müəllifi Zvi Barel olduğu məqalədə Türkiyə lideri “peşəkar dövlət adamı” və “əvəzedilməz” adlandırılıb.

Barel hər günün Ərdoğan üçün seçki kampaniyasının bir hissəsi olduğunu deyib.

Türkiyə prezidentinin geosiyasətinə diqqət çəkilən məqalədə qeyd olunub: “Ərdoğan ABŞ və Rusiyanın əsəblərini pozan Suriyada yeni hərbi əməliyyatlara başlayacağını elan edərək, öz ritorikasını gücləndirir”.

Ərdoğanın sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirdiyi görüşü xatırladan müəllif yazıb:

“Rusiya Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına qarşıdır və rus qırıcıları bunu sentyabrın sonunda suriyalı müxaliflərin Afrin yaxınlığındakı bazasını bombardman edərək bildirdi. Amma Ərdoğan beynəlxalq nəticələri olan regional böhranlar yarada biləcək yeganə lider kimi imicini gücləndirərək, incə xətdə irəliləməyə davam edir. Bu ay 40 yeni “F-16” qırıcı təyyarəsi və mövcud təyyarələr üçün 80 ədəd modernləşdirmə dəsti alacağı gözlənilir”.

Müəllif qeyd edib ki, ABŞ Türkiyəyə “F-16” qırıcıları satmaqdan imtina etsə, bu, Ankara və Moskva arasındakı hərbi əlaqələri bir qədər də gücləndirə bilər.

“Ərdoğanın supergüclər arasındakı oyunu onu Türkiyədə əvəzolunmaz ustad dövlət xadimi kimi təqdim edə biləcəyi mühüm siyasi silahlarla təchiz etdi”, – müəllif vurğulayıb. / teleqraf.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password