ABŞ-Rusiya arasında gərginlik: hərbi gəmi sərhədi pozdu
Rus donanması ilə Çin donanmasının “Müştərək Dəniz 2021” təlimi zamanı eyni bölgədə olan ABŞ gəmisinə sərhədi pozduğu üçün rus hərbi gəmisi tərəfindən müdaxilə edilib.
Rusiya və Çin donanmasının təlimi Vladivostok şəhəri sahillərindəki Böyük Petro körfəzinə yaxın sularda keçirilir.
Təlimlərin davam etdiyi ərəfədə Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, ABŞ Dəniz Qüvvələrinə məxsus USS Chafee (DDG90)adlı gəmi Rusiya sərhədlərinə yaxınlaşarkən rus hərbi gəmisi (Admiral Tributs) onun qarşısını kəsib.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, ABŞ hərbi gəmisi sərhədə 60 metr yaxınlaşıb. Hadisə sentyabrın 15-də, saat 17:00-da baş verib. ABŞ gəmisinin Yapon dənizindən hərəkət etdiyi ehtimal olunur.
Rusiya Müdafiə Nazirliyi ABŞ-ın 1972-ci ildə imzalanan Beynəlxalq Dənizlərdə toqquşmaların qarşısının alınması haqqında Beynəlxalq Qaydalara və Dənizdə Hadisələrin Qarşısının Alınması haqqında hökumətlərarası Rusiya-ABŞ sazişinə zidd hərəkət etdiyini xatırladıb. / teleqraf.com