Şəhid hərbçimiz dəfn edildi
Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Əfqan Həmzəyev dəfn olunub.
Onun nəşi Goranboy rayon Borsunlu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak ediblər.
Qeyd edək ki, Goranboy rayon Borsunlu kəndində anadan olan 19 yaşlı Əfqan Bəhman oğlu Həmzəyev 1 il öncə həqiqi hərbi xidmətə gedib və onun həqiqi hərbi xidməti başa vurmağa 6 ayı qalıbmış.
O, ailənin tək oğlu olub.
Allah rəhmət etsin!