İlham Əliyev: “Ermənistan minalanmış bütün ərazilərin xəritəsini təqdim etmir”

 

“Hazırda Azərbaycan qarşısında duran əsas problemlər azad edilən əraziləri minalardan təmizləmək, burada dağıdılmış infrastrukturu, yəni binaları, evləri, Azərbaycan xalqının tarixi abidələrini bərpa etməkdir”.

Bunu Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videoformatda keçirilən iclasındakı çıxışında bildirib.

Dövlət başçısı müharibə başa çatandan sonra 150-dən çox vətəndaşımızın mina partlayışları nəticəsində həlak olduğunu, ciddi xəsarətlər aldığını deyib: “Ermənistan bütün minalanmış ərazilərin xəritəsini bizə təqdim etməkdən boyun qaçırır. Azərbaycana verilmiş kiçik sayda xəritələrin dəqiqlik səviyyəsi 25 faizə yaxındır.

Azad edilmiş torpaqlarda 30 ilə yaxın davam etmiş işğal dövründə az qala bütün binalar, tarixi abidələr dağıdılıb. Azad edilən ərazilərdə mövcud olmuş 67 məscidin 65-i tamamilə dağıdılıb, qalan 2-si qismən uçurulub, orada işğalçılar inək və donuz saxlayaraq müsəlmanların dini hisslərini qəsdən təhqir ediblər. Füzuli şəhərində, Füzuli rayonunun bütün kəndlərində bina və evlərin 100 faizi dağıdılıb. Eyni vəziyyət Ağdam şəhəri və Ağdam rayonunda da var. Ağdam şəhərinə “Qafqazın Hirosiması” deyirlər. Cəbrayıl rayonunda vur-tut iki bina salamat qalıb, orada da Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri yerləşdirilmişdi”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password