Zaxarova yenə Azərbaycanı ittiham etdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yenidən Azərbaycanı ittiham edən ifadələr səsləndirib.

Zaxarova Azərbaycanı Qarabağda erməni dinc sakinin ölümündə günahkar bilib. O, insidentlərin baş verməməsi üçün Rusiya sülhməramlılarının Azərbaycan və Ermənistan baş qərargahları ilə fasiləsiz qarşılıqlı əlaqədə olduğunu söyləyib.

Azərbaycanı ittiham etməklə bərabər Zaxarova Ağdərə bölgəsini “Mardakert rayonu” olaraq təqdim edib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ordumuzun atəşi nəticəsində Ağdərə istiqamətində traktor sürücüsünün ölməsi barədə məlumatı rəsmən təkzib edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password